Icma.az
close
up
RU
Berlində Zəfər Günü və Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib

Berlində Zəfər Günü və Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Berlin, 14 noyabr, AZƏRTAC

Azərbaycanın Almaniyadakı səfirliyi Vətən müharibəsində şanlı Zəfərin 5-ci ildönümü və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Sülh və birgəyaşayış” adlı tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə 400-dək qonaq, o cümlədən Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, hərbi attaşelər, media nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra 8 Noyabr - Zəfər Gününə və Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunan filmlər nümayiş etdirilib.

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxış edərək, Azərbaycan tarixinin və mədəniyyətinin iki mühüm hadisəsinin qeyd olunduğunu bildirib.

Vətən müharibəsində Azərbaycan xalqının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında sarsılmaz həmrəylik və qətiyyət nümayiş etdirdiyini deyən səfir bu çətin dövrdə dost dövlətlərin, xüsusilə qardaş Türkiyənin fəal siyasi və mənəvi dəstəyini xüsusi vurğulayıb. Diplomat bir neçə gün əvvəl Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğraması nəticəsində 20 hərbçinin şəhid olmasının xalqımız tərəfindən dərin hüznlə qarşılandığını qeyd edib.

Səfir Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində nailiyyətlərin əldə olunduğunu diqqətə çatdıraraq, bölgəmizin sabitlik və əməkdaşlıq dövrünə qədəm qoyduğunu deyib. Bu baxımdan Azərbaycanın Ermənistana göndərilən mallara tətbiq olunan tranzit məhdudiyyətlərini ləğv etməsinin, Rusiya və Qazaxıstandan tonlarla buğdanın Azərbaycan ərazisindən Ermənistana çatdırılmasının sülhün praktik təzahürü və qarşılıqlı etimadın inkişaf edə biləcəyinin bariz göstəricisi olduğu bildirilib. “Sülh yalnız hər iki ölkəyə fayda vermir, həm də dünyaya güclü mesaj göndərərək ən çətin münaqişələrin belə dialoq, cəsarət və kompromis yolu ilə həll oluna biləcəyini sübut edir”, - deyə Nəsimi Ağayev bildirib.

Çıxışında Üzeyir Hacıbəylinin 140 illik yubileyinin Azərbaycanda və ölkəmizdən kənarda silsilə tədbirlərlə qeyd olunduğunu vurğulayan səfir diqqətə çatdırıb ki, Üzeyir Hacıbəyli bütün müsəlman dünyasında ilk operanın yaradıcısıdır. Diplomat Üzeyir Hacıbəylinin doğma şəhəri Şuşanın öz azadlığına qovuşmasının bu gün dərin rəmzi məna daşıdığını qeyd edib. Bildirib ki, 8 Noyabr xalqımızın cəsarətini, qəhrəmanlığını və sarsılmaz qətiyyətini, Üzeyir Hacıbəylinin adı isə musiqinin qəlbləri fəth edən və xalqları birləşdirən ecazkar gücünü ifadə edir.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxışında Zəfər Gününün Azərbaycan xalqının tarixində suverenliyin və ərazi bütövlüyünün bərpası günü, eləcə də milli birliyin rəmzi kimi xüsusi yer tutduğunu vurğulayıb. Professor milli bəstəkarlıq məktəbinin formalaşması və inkişafında, eləcə də Azərbaycan musiqişünaslarının fəaliyyətində Üzeyir Hacıbəylinin yaradıcılığının müstəsna rol oynadığını qeyd edib.

Çıxışlardan sonra konsert proqramı təqdim olunub. Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyevin rəhbərliyi ilə Əməkdar artistlər Ramil Qasımov və İnarə Babayeva, tarzən Səxavət Məmmədov Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun və klassik Avropa bəstəkarlarının əsərlərini ifa ediblər. Musiqiçilərimizi tanınmış Berlin Filarmonik Kamera Orkestri müşayiət edib. Maraqlı konsert proqramı Müslüm Maqomayevin “Azərbaycan” mahnısının ifası ilə başa çatıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri