Icma.az
close
up
RU
Bermud üçbucağından da müəmmalı YER: onlarla gəmi və təyyarə necə yoxa çıxdı?

Bermud üçbucağından da müəmmalı YER: onlarla gəmi və təyyarə necə yoxa çıxdı?

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bermud üçbucağı onilliklərdir onlarla müəmmalı itkinlərlə əlaqələndirilir, lakin ABŞ-da iki qəribə zona bundan da ölümcül sirləri gizlədir.

Lent.az xəbər verir ki, sirli Miçiqan gölü zonasının içində bir neçə təyyarənin və yelkənli gəminin yoxa çıxdığı yer tapılıb. Onların bəziləri müəmmalı şəkildə yoxa çıxıb. “Miçiqan üçbucağı” kimi tanınan bu zona Miçiqandakı Ladinqton və Benton-Harbor ilə Viskonsindəki Manitovok arasında yerləşir. ABŞ-da daha da qorxulu bir zona Alyaskadadır və bəzi ehtimallara görə, həmin üçbucaq daxilində 20 000-ə qədər itkin hadisəsi baş verib.

Ankoric, Cuno və Utqiaqvik arasında yerləşən “Alyaska üçbucağı” sərnişin təyyarələrindən tutmuş piyada gəzintisinə çıxan yerli sakinlərə qədər dəfələrlə baş verən faciələr və saysız-hesabsız itkinlərlə yadda qalıb.

“Daily Mail” yazır ki, Alyaskanı az əhalisi ilə nəzərə alsaq, üçbucaq daxilində insanların itməsinin ümumi sayı heyrətamiz dərəcədə çoxdur. Nəticədə bəzi sui-qəsd nəzəriyyəsi tərəfdarları baş verənləri NLO-lardan (uçan naməlum obyektlər) tutmuş, meşəlik ərazilərdə gizlədilmiş gizli hökumət layihələrinə qədər əlaqələndirirlər.

Həm Alyaska, həm də Miçiqan üçbucaqları ilə bağlı sirlərin bəziləri, bu ərazilərdə təyyarə qəzalarına və gəmilərin batmasına səbəb olan elektromaqnit burulğanlarının mövcud olduğunu iddia edən nəzəriyyələrə yol açıb. Hər iki yerdə aşkar edilmiş yeni dəlillər bu müəmmalı üçbucaqlara marağı yenidən artırıb.

Miçiqan üçbucağı – sui-qəsd nəzəriyyəsi tərəfdarları Miçiqan yaxınlığındakı müəmmalı itkiləri “enerji burulğanları” və ya “güc xətləri” ilə əlaqələndirirlər. Bunlar bütün dünyada qədim abidələrin kəsişdiyi iddia edilən enerji xətləri hesab olunur.

2007-ci ildə Miçiqan gölünün sularının altında 9000 illik bir tikilinin aşkar olunması vəziyyəti daha da maraqlı etdi. Bu abidə “Amerika Stounhendci” kimi təsvir olunur. Son bir ildə isə onun mənşəyi ilə bağlı yeni məlumatlar tapılıb. Travvers-Siti yaxınlığında yerləşən bu tikili iri, bir-birinin ardınca düzülmüş daşlardan ibarətdir və ehtimal edilir ki, ibtidai dövrdə ov məqsədilə istifadə olunub, hətta maral kimi heyvanları tələyə salmaq üçün qurulub.

Bu ərazidə baş vermiş məşhur itkilərə gəldikdə isə, ən çox yadda qalan hadisə 1950-ci il iyunun 23-nə keçən gecə baş verib. Göyərtəsində 58 sərnişin və ekipaj üzvü olan DC-4 təyyarəsi dispetçerlərlə radiobağlantını itirib. Şahidlərin dediyinə görə, onlar mühərriklərin səsini eşidib və işıqlar görüblər, bundan sonra təyyarə Miçiqan gölünə düşüb.

Sahil mühafizəsi 2501 saylı reysin qalıqlarını və insan cəsədlərini göldən çıxarıb. Bu qəzadan sonra həmin hadisə Amerika tarixində kommersiya sərnişin təyyarələrinin ən ölümcül qəzalarından birinə çevrilib.

Lakin Miçiqan üçbucağının hekayəsi hələ 1950-ci ildəki o faciəli gündən yüz illər əvvəl başlayıb. “Le Grifon” gəmisi 1679-cu ildə göldə ilk üzüşündən qayıdarkən yoxa çıxıb. O, Miçiqan gölündəki adaya heyvan dəriləri ilə ticarət etmək üçün gedirdi, lakin altı ekipaj üzvü və yüklə birlikdə yoxa çıxıb və gəminin daşıdığı dərilər heç vaxt tapılmayıb.

1891-ci ildə “Tomas Hüm” gəmisi də heç bir qəza siqnalı vermədən ekipajı ilə birlikdə yoxa çıxıb.

Daha da müəmmalı bir itki 1921-ci ildə baş verib. “Roza Bell” şxunasının gövdəsi tərsinə çevrilmiş vəziyyətdə tapılıb, lakin göyərtədəki doqquz nəfərlik heyətin izinə rast gəlinməyib.

Miçiqan üçbucağına inanan həvəskarlar həmçinin 1937-ci il aprelin 28-də baş verən kapitan Corc Donnerin müəmmalı yoxa çıxmasına da diqqət çəkirlər. O, “O.M. Makfarland” yük gəmisində öz kajutasına çəkilib və gəmi təyinat nöqtəsinə yaxınlaşanda onu oyatmalarını əmr edib. Lakin ekipaj onun kajutasının içəridən kilidləndiyini aşkar edib. Qapını sındıranda kapitanın heç yerdə olmadığını görüblər. O, illüminatordan keçə bilməyəcək qədər iri idi və heç bir depressiya əlaməti göstərmirdi.

Alyaska üçbucağı – Alyaskadakı ən məşhur itkilərdən biri 1972-ci ildə baş verib. Təyyarədə ABŞ Nümayəndələr Palatasının çoxluq lideri Tomas Heyl Boqqs-ata və Alyaska konqresmeni Nik Beqiç olmuş “Cessna” tipli təyyarə yoxa çıxıb.

O vaxt ABŞ tarixində ən böyük axtarış-xilasetmə əməliyyatlarından biri aparılıb, 40 hərbi və 50 mülki təyyarə cəlb edilib, lakin təyyarənin qalıqları tapılmayıb.

Bu hadisə Alyaska üçbucağı ilə bağlı hökumət sui-qəsdi nəzəriyyələrinə də səbəb olub. Boqqs Kennedinin qətlini araşdıran Uorren komissiyasının üzvü idi və “tək qatil” nəzəriyyəsi ilə razılaşmırdı. Bəzi nəzəriyyələrdə təyyarənin qəsdən vurulduğu irəli sürülür, lakin bunun sübutu tapılmayıb.

Başqa bir səs-küylü yoxa çıxma hadisəsi Qeri Frenk Sozerdən ilə bağlıdır. O, 1976-cı ildə Alyaska meşələrində səyahət edərkən itib. 1997-ci ildə bir kəllə tapılıb və 2022-ci ildə istintaqçılar onun Sozerdenə aid olduğunu təsdiqləyiblər, ehtimal ki, o, ayı hücumu nəticəsində həlak olub.

Alyaskada itkilərin sayı ölkə üzrə orta göstəricidən iki dəfə çoxdur. Bu, bəzi insanlarda elektromaqnit enerjisinin (burada və Miçiqanda) təyyarə qəzaları və itkilərə səbəb ola biləcəyi nəzəriyyəsini irəli sürməyə vadar edir.

Digər versiyalara görə, yadplanetlilərin və ya hətta “karlik adam” (yeti) tipli aqressiv varlıqların bu ərazilərdə dolaşması ehtimal olunur.

Daha skeptik müşahidəçilər isə hesab edirlər ki, Alyaskada itkilərin yüksək səviyyəsi yerli əhalidən olan qadınların itkin və ya qətlə yetirilməsi halları ilə və ya Alyaskanın sərt təbiəti ilə izah oluna bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Sentyabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri