Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“Eyni tempdə davam edirik” Rui Jorje

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Bermud üçbucağının sirri açıldı Dəniz canavarları, yadplanetlilər və...

Bermud üçbucağının sirri açıldı Dəniz canavarları, yadplanetlilər və...

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

"Bermud üçbucağındakı itkin hallarının əsas səbəbi ehtimallardır. Bu fikirdə tək deyiləm. Şübhəli hava şəraiti və bəzən zəif idarəçilik bacarıqları olan təyyarə və ya gəmilər".

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, bunu avstraliyalı alim Karl Kruszelnicki deyib.

Onun sözlərinə görə, Bermud üçbucağı fenomeninə inanmağa heç bir əsas yoxdur.

Onilliklərdir davam edən Bermud üçbucağı ilə bağlı fərziyyələrə baxmayaraq, ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) və "Lloyds of London" sığorta şirkəti uzun müddətdir eyni fikirdədir.

Son yüz ildə Bermud üçbucağında itən 50-dən çox gəmi və 20-dən çox təyyarədən istənilən birini seçin, hər birinin sonu bilinməyən hekayəsi var və bu da bölgə ilə bağlı saysız-hesabsız fərziyyələrə yol açıb. Bu ərazi təxminən Florida, Bermuda və Böyük Antil adaları arasında yerləşir.

Avstraliyalı alim Karl Kruszelnicki Bermud üçbucağının mistik reputasiyasına inanmır. ABŞ-ın NOAA qurumu da alimlə eyni fikirdədir. Hər ikisi illərdir deyir ki, əslində Bermud üçbucağında heç bir sirr yoxdur. Gəmilərin və təyyarələrin itməsini ehtimallar qanunu ilə izah etmək olar.

"Bermud üçbucağında müəmmalı itkilərin dünyanın digər geniş və çox istifadə olunan dəniz ərazilərinə nisbətən daha çox baş verdiyinə dair heç bir sübut yoxdur", - NOAA 2010-cu ildə belə bəyan etmişdi.

2017-ci ildən bəri Kruszelnicki də eyni fikri səsləndirir. O, "The Independent" qəzetinə deyib ki, həmin ərazidəki sıx dəniz və hava hərəkəti, üstəlik, naviqasiyası çətin sular göstərir ki, "Bermud üçbucağında itən gəmi və təyyarələrin sayı faiz baxımından dünyanın digər yerləri ilə eynidir".

O bildirir ki, həm "Lloyds of London", həm də ABŞ Sahil Mühafizəsi bu fikri dəstəkləyir. "The Independent"də yazılan məqalədə qeyd edilir ki, "Lloyds of London" bu nəzəriyyəni hələ 1970-ci illərdən müdafiə edir.

NOAA bildirir ki, ətraf mühit amilləri Bermud üçbucağındakı əksər itkiləri izah edə bilər. Məsələn, Qolfstrim axınının qəfil və güclü hava dəyişikliklərinə səbəb olması, Karib dənizində çoxlu adaların mövcudluğu səbəbindən mürəkkəb naviqasiya şəraiti və bəzi hallarda maqnit kompasının maqnit şimal əvəzinə coğrafi (həqiqi) şimala yönəlməsi. Bunların hamısı yolu azdıran amillərdir.

"ABŞ Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsi hesab edir ki, dənizdə baş verən fəlakətlərin fövqəltəbii izahı yoxdur", - deyə NOAA-nın bəyanatında vurğulanır.

"Onların təcrübəsi göstərir ki, təbiət qüvvələri və insan səhvlərinin birgə təsiri ən inanılmaz elmi-fantastik ssenariləri belə geridə qoyur".

Kruszelnicki bu fikirləri ilk dəfə 2017-ci ildə, daha sonra 2022-ci ildə və yenidən 2023-cü ildə gündəmə gətirib. Hər dəfə də eyni ideyanı müdafiə edib: rəqəmlər yalan demir.

Bəzi məşhur itkin hallar - məsələn, 1945-ci ildə itən ABŞ Hərbi Dəniz Qüvvələrinə aid beş TBM Avenger torpedo bombardmançısından ibarət "Flight 19" qrupu bu nəzəriyyəni populyar mədəniyyətə daşıyıb. Amma Kruszelnicki vurğulayır ki, hər hadisədə pis hava şəraiti, insan səhvi və ya hər ikisi (məsələn, "Flight 19" hadisəsində olduğu kimi) əsas səbəb olub.

Buna baxmayaraq, mədəniyyət Bermud üçbucağı ilə bağlı fərziyyələrdən əl çəkmir. Dəniz canavarları, yadplanetlilər və ya bütün Atlantidanın okean dibinə batması kimi fikirlər hələ də kitablar, televiziya və filmlər üçün cəlbedici mövzudur. Axı, darıxdırıcı hava şəraiti və ehtimallar qanunu, mistik hekayələr qədər həyəcanlı səslənmir.

Kənan
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 10 Avqust 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see335

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see316

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see312

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see293

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see289

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see286

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see278

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see269

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see261

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see253

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see243

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see238

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see231

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see227

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see217

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see214

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see213

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see211

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri