Icma.az
close
up
RU
Bərpa olunan şəhər və kəndlərimiz mərhələ mərhələ sakinlərinə qovuşurlar

Bərpa olunan şəhər və kəndlərimiz mərhələ mərhələ sakinlərinə qovuşurlar

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin reallıqları fonunda işğaldan azad edilmiş bütün torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin yeni ilin əvvəlində ənənəvi olaraq yerli televiziya kanallarına müsahibəsi digər sahələr kimi, bu istiqamətdə də görülən işlərin yekunu, qarşıda dayanan vəzifələrin, çağırışların təqdimatı kimi dəyərləndirilir. Ölkə Prezidenti bu ilin 7 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində son üç ildə 10 yaşayış məntəqəsinə keçmiş köçkünlərin qaytarıldığını, on mindən çox köçkünün artıq evlərlə təmin edildiyini və orada yaşadığını önə çəkərək bu hədəfi açıqladı ki, 2025-ci il üçün planda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünlərin qaytarılması nəzərdə tutulur.

44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizdən dərhal sonra başlanan bərpa-quruculuq işlərinin miqyası bu gün qayıdış ünvanlarının, həmçinin bura qayıdan köçkünlərin say tərkibində özünün aydın ifadəsini tapır. Böyük Qayıdış Proqramına uyğun olaraq, 2022-ci ilin iyul ayında Zəngilanın Ağalı kəndinə başlanan köç prosesi hazırda azad olunmuş digər ərazilərdə uğurla davam edir. Artıq Zəngilanın Ağalı kəndi ilə yanaşı, Ağdərə rayonunun Talış kəndində, Füzuli, Şuşa,  Laçın, Cəbrayıl və Xocalı şəhərlərində, Laçın rayonunun Sus, Zabux, Xocalı  rayonunun Ballıca kəndlərində on mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib. Qürurvericidir ki, son dörd ildə dövlət büdcəsindən vəsaitin ayrıldığı sahələr sırasında azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri xüsusi yer tutur.  Bu il bu məbləğ 4 milyard manatdır. Ümumilikdə 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə 22 milyard manata yaxın vəsait ayrılıb. Azərbaycanın iqtisadi və maliyyə imkanları hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa stimul verir. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər bir səfəri bu mühüm məqamların təqdimatında əhəmiyyətli rol oynayır”.

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin təkcə fevralın 18-də işğaldan azad edilmiş Ağdam rayonuna, onun ardınca fevralın 19-da Xankəndi şəhərinə, Xocalı rayonuna səfərləri çərçivəsində aparılan işlərlə tanışlığına, eyni zamanda, açılışında iştirak etdiyi sosial obyektlərə  diqqət yetirmək kifayətdir: “Belə ki, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də  Ağdam şəhərində  “Hilton Garden İnn” hotelində, Muğam Mərkəzində, 1267 mənzilli 2-ci yaşayış kompleksində, 1 nömrəli tam orta məktəbdə, 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri, 209 mənzilli “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə, Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış oldular. Fevralın 19-da Prezident İlham Əliyev Xankəndi şəhərində “Bulud” hotelinin açılışında iştirak etdi, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki ilə tanış oldu, Zəfər parkının təməlqoyma mərasimi keçirildi. Xocalının Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olan dövlət başçısı İlham Əliyev kəndə köçən bir qrup sakinlə görüşdü”.

Malik Həsənov vurğulayıb ki, Xocalı rayonunun Ballıca kəndinin timsalında bərpa-quruculuq işlərinin aydın mənzərəsini təqdim etmək mümkündür: “Ballıca kəndi bərpa edilən və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir. Artıq burada 500-ə yaxın insan yaşayır. Bu gün bölgəni, bu yerləri görməyən balaca uşaqlar, gənclər həvəslə qayıdırlar, işləyirlər, qururlar, yaradırlar. Bu, bir daha xalqımızın nə qədər yüksək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir. Sakinlərlə görüşdə cənab İlham Əliyev  bu məqamı böyük qürur hissi ilə vurğuladı ki, keçmiş köçkünlər  hər ay hissə-hissə, qrup-qrup öz dədə-baba torpaqlarına qayıdırlar. Böyük Qayıdış Proqramı icra edilir. Demək olar ki, vaxtilə işğal altında olan bütün torpaqlar bərpa edilir. Bütün Qarabağ, Şərqi Zəngəzur dirçəlir və hər gün  bunu əyani şəkildə görürük”.

Millət vəkili qeyd edib ki, 2023-cü ilin sentyabr ayında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasından sonra Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə qısa müddətdə görülən işlərin miqyası olduqca böyükdür: “Ötən il 28 May-Müstəqillik Günündə Xocalı şəhəri sakinlərinə qovuşdu. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüb onlara evlərin açarlarını təqdim etdilər. Həmin görüşdə Böyük Qayıdış proqramının Xocalı səhifəsinin  yazıldığını bildirən dövlət başçısı İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, yaxın gələcəkdə digər xocalılılar da böyük həvəslə buraya qayıdacaqlar. Xocalı faciəsindən, insanlığa qarşı törədilən cinayətdən bəhs edən cənab İlham Əliyev xocalılıların faktiki olaraq müstəqilliyin bütün illərini başqa-başqa yerlərdə, o cümlədən Ağcakənd kəndində keçirməli olduqlarını bildirdi. O da qeyd edildi ki,  birinci köçkün qəsəbəsi məhz Ağcakənd qəsəbəsində xocalılılar üçün Ulu Öndər Heydər Əliyevin  iştirakı ilə salınmışdır. O vaxtdan bu günədək  nə qədər gözəl tarix yazıldı.  Qarabağ tam azad olundu. 44 günlük İkinci Qarabağ müharibəsi başa çatanda xocalılılar inanırdılar ki, bu gün də gələcək”.

Malik Həsənov bildirib ki, qısa zamanda azad edilmiş ərazilərimizdə görülən işlər, soydaşlarımızın mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdışı Böyük Qayıdış Proqramının birinci mərhələsinin uğurla başa çatacağından xəbər verir. Bütün işlər ardıcıllıqla həyata keçirilir. Bərpa olunan şəhər və kəndlərimiz sakinlərini gözləyirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Fevral 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see237

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see223

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see192

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see175

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see168

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see154

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see141

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see138

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see138

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see136

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see135

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see132

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see132

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see130

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see129

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see128

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see127

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see125

Дочь бывшего министра Суад Гараева изобразила Мехсети Гянджеви как безнравственную женщину

06 Dekabr 2025 00:35see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri