Icma.az
close
up
RU
Bərpa xidmətləri genişlənir

Bərpa xidmətləri genişlənir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyevin tapşırıqları əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son illər aparılan sosial islahatların mühüm bir istiqaməti də əlilliyi olan şəxslərin bərpası sahəsini əhatə edib. 

Ölkəmizdə müasir reabilitasiya sistemi qurulmaqla, yeni reabilitasiya mərkəzləri açılıb. Xidmətlər spektri qabaqcıl dünya təcrübəsinə uyğun yeni istiqamətlər üzrə xeyli genişləndirilib. Habelə icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətlərinin tətbiqinə başlanıb. Görülən bu işlər nəticəsində bərpa xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayı 2018-ci ildəki 11 min 900-dən 10,4 dəfə artaraq 2024-cü ildə 123 min 300-ə çatıb. 
Eyni zamanda, əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı gücləndirilib. Onlara dövlət büdcəsi hesabına verilən vasitələrin növlərinin sayı 4 dəfə artırılaraq 34-dən 130-a çatdırılıb. Qeyd olunan dövrdə əlillərə təqdim edilən reabilitasiya vasitələrinin illik sayı 2,7 dəfə artaraq 97 minə çatıb.  

Özünüməşğulluq – kiçik biznesə dəstək

Dövlət Məşğulluq Agentliyi icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələri üzrə zərflər siyahısına bir sıra yeni istiqamətlər də əlavə edib.  
Agentlikdən bildiriblər ki, siyahıya  “Qəssab dükanı”, Kotançılıq”,  “Özünəxidmət avtoyuma”,  “Avtodəmirçi və PDR (zədələrin boyasız təmiri) xidmətləri”,  “Avtorazval xidmətləri” kimi istiqamətlər də daxil edilib.  
İşsiz və işaxtaranlar həmin sahələr üzrə də özünüməşğulluq proqramının dəstəyi ilə bu sahələrdə öz kiçik bizneslərini qura biləcəklər. Beləliklə, hazırda proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı və istehsal-xidmət yönümlü 32 iqtisadi fəaliyyət sahəsi üzrə zərf təqdim edilir. Proqram çərçivəsində təklif edilən digər zərflərin  də tərkibində dəyişiklik edilərək onlar daha da təkmilləşdirilib.
Özünüməşğulluq proqramı çərçivəsində təklif edilən biznes sahələri və avadanlıqların siyahısı ilə aşağıdakı linkə daxil olaraq tanış olmaq mümkündür: https://dma.gov.az/fealiyyet/funksional-istiqametler/ozunumesgulluq 

Z.HÜSEYNOVA 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Yanvar 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri