Icma.az
close
up
RU
Bərzaninin evinə həyata keçirilən PUA hücumu ilə bağlı araşdırma BAŞLADI

Bərzaninin evinə həyata keçirilən PUA hücumu ilə bağlı araşdırma BAŞLADI

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Rəsmi Bağdad İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin evinə pilotsuz uçuş aparatı ilə (PUA) hücumdan sonra araşdırma aparılması barədə göstəriş verib.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli mənbələrə istinadən məlumat yayıb.

Təhlükəsizlik strukturlarındakı mənbələrin məlumatına görə, şənbə günü səhər tezdən pilotsuz uçuş aparatı İraq Kürdüstan Regionunun başçısının evinə hücum edib. İnsident İraqın şimalında gərginliyin davamlı olaraq artması fonunda baş verib.

Həmin mənbələr hava hücumundan müdafiə (HHM) sistemlərinin Dəhükdəki Peşmərgə döyüşçülərinin bazası yaxınlığında da bir PUA-nı vurduğunu bildiriblər.

Qeyd olunub ki, zərbələr həm İranyönlü silahlı birləşmələrə, həm də kürd qüvvələrinə hücumların qəfil artması fonunda baş verib, çünki ABŞ və İsrailin İrana qarşı müharibəsi İraq ərazisinə keçərək müxtəlif silahlı qruplaşmaları münaqişəyə cəlb edir, Bağdadın isə eskalasiyanı nəzarət saxlaması mürəkkəbləşir.

İraqın Baş naziri Məhəmməd Şiə Əs-Sudani hücumu pisləyib və Neçirvan Bərzanilə telefon danışığı aparıb. Bu barədə onun dəftərxanasının bəyanatında qeyd olunub.

Bəyanatda bildirilib ki, Əs-Sudani insidentləri araşdırmaq və günahkarları müəyyənləşdirmək üçün təhlükəsizlik və texniki araşdırma məsələləri üzrə dərhal birgə qrupunun yaradılması barədə göstəriş verib.

ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayandan bəri, İraqın şiə silahlı birləşmələrinin ittifaqı olan "Xalq Səfərbərlik Qüvvələri"nə (XSQ) məxsus obyektlərə, həmçinin İraq Kürdüstanındakı Peşmərgə döyüşçülərinin mövqelərinə aviazərbələr endirilir.

İraqın hərbi komandanlığı ABŞ və İsraili XSQ obyektlərinə endirilən aviazərbələrin bir qismini həyata keçirməkdə ittiham edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Mart 2026 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri