Icma.az
close
up
RU
Beş hecaçılar dan biri Onun hansı şeiri Zəki Mürenin ifasında məşhurlaşmışdı?

Beş hecaçılar dan biri Onun hansı şeiri Zəki Mürenin ifasında məşhurlaşmışdı?

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

23 oktyabr türk şair, jurnalist və siyasətçi Orxan Seyfi Orhonun doğum günüdür.

Kulis.az bu münasibətlə şairin həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.

Türk ədəbiyyatında dərin izlər buraxan şairlərindən biri Orxan Seyfi Orhon 23 oktyabr 1890-cı ildə Çengelköydə Miralay Emin bəy və Nimet xanımın ailəsində dünyaya gəlib.

İlk təhsilini Havuzbaşı Məktəbində, orta təhsilini Beylerbeyi Rüşdiyyəsində, lisey təhsilini isə 1909-cu ildə Mercan İdadisində tamamlayıb.

Orhonun ədəbiyyata marağı tələbəlik illərində formalaşıb. Onun müəllimi, məşhur şair Celal Sahir Erozan gənc Orxana poeziyanı sevdirmişdi.

O, ilk dövrlərdə Əbdülhəq Hamid Tarhan və Tofiq Fikrətin təsiri altında şeirlər yazırdı.

1909-cu ildə “Samanyolu” dərgisində ilk şeirləri çap olunan Orxon 1913-cü ildə yazdığı “Fırtına və qar” adlı şeiri ilə ədəbiyyat aləmində tanınmağa başladı.

Əvvəlcə Tibb Məktəbində təhsil alan Orhon bir əməliyyat zamanı anesteziya prosesində halı pisləşdiyi üçün məktəbi yarımçıq qoydu.

Daha sonra İstanbul Universitetinin hüquq fakültəsini 1914-cü ildə bitirdi və qısa müddət "Məclis-i Məbusan"da katib kimi çalışdı.

Ankarada hökumət qurulduqdan sonra o, müxtəlif məktəblərdə — Hərb Akademiyası, Hərbiyə Məktəbi, İstanbul Kişi Liseyi, Erenköy Qız Liseyi, Pertevniyal Liseyi və italyan Liseyində ədəbiyyat müəllimi kimi fəaliyyət göstərdi.

Orxan Seyfi Orhon, Enis Behiç Koryürek, Halit Fahri Ozansoy, Yusuf Ziya Ortaç və Faruk Nafiz Çamlıbellə birlikdə Türk ədəbiyyatında “Beş hecaçılar” kimi tanınan ədəbi cərəyanın yaradıcılarından biri idi.

Bu qrup “Milli ədəbiyyat” cərəyanının prinsiplərinə uyğun şeirlər və yazılarla çıxış edərək “Türk qadını”, “Şair”, “Servet-i Fünun”, “Ümit” və “Yarın” kimi dərgilərdə çap olunurdu.

Qurtuluş Savaşı illərində Orhon “Aydede” dərgisində satirik məqalələr yazdı və 1919-cu ildə sosial hadisələri tənqidi dillə ifadə edən “Peri qızıyla çoban hekayəsi” adlı kitabını nəşr etdirdi.

Milli ədəbiyyat cərəyanını mənimsəyən şair, saf türk dili ilə yazdığı duyğulu və səmimi şeirləri ilə ədəbiyyat tarixində xüsusi yer tutdu.

O, divan poeziyasının klassik qəliblərini heca vəzninə uyğunlaşdıraraq qəzəl tərzində əsərlər də qələmə aldı. Onun bir çox şeirləri sonradan bəstəkarlar tərəfindən musiqiyə çevrildi.

Orhon “Könüldən səslər” adlı kitabının ön sözündə belə yazırdı: “Fırtına və qar”ı yazdığım zaman 23 yaşım vardı. Artıq öz üslubumu tapmışdım. Əruz vəzninə hakim idim. Bu mənzumədə təbiətin fırtına sonrası səssizliyini ritmlə ifadə etməyə çalışdım. Bütün gurultulara baxmayaraq, bu şeirlərin yaşayacağına inanıram. Böyük bir iş olmasa da, könlümdən qopan bu sətirləri məndən sonrakılara buraxmaqdan məmnunam.”

1930-cu illərdən etibarən Orhonun yazıları “Edebiyat Gazetesi”, “Ayda Bir”, “Her Ay” və “Her Şey” kimi jurnallarda dərc olunurdu. 1941–1944-cü illərdə o, türkçü ideologiyanı təbliğ edən “Çınaraltı” dərgisini nəşr etdirdi.

Dərgi 161 nömrə çıxmış və həmin dövrün ən önəmli ədəbi mənbələrindən birinə çevrilmişdi.

1945-ci ildə “Tasvir-i Efkar” qəzetində yazmağa başlayan Orhon, 1946-cı ildə CHP-dən Zonguldak millət vəkili, 1965–1969-cu illərdə isə "Adalet" partiyası sıralarından İstanbul millət vəkili seçilmişdi.

Bu illər ərzində o, “Milliyet”, “Cumhuriyet”, “Ulus”, “Zafer”, “Havadis” və “Son Havadis” qəzetlərində publisistik məqalələr dərc etdirirdi.

Şair 22 avqust 1972-ci ildə İstanbulda ürək tutmasından vəfat etmiş, Zincirlikuyu qəbiristanlığında dəfn edilmişdir.

Orhon 1970-ci ildə “Hayat Tarih” jurnalına verdiyi müsahibədə belə demişdi: “Mercan İdadisində oxuyurdum. Müəllimimiz Celal Sahir idi. Ədəbiyyat və şeir sevgisini ondan öyrəndik. Məktəbdə bir divar qəzeti çıxarırdıq, mən də ora şeirlər yazırdım. Celal Sahir onları çox bəyənirdi. Mənim qazandığım ilk tərif də ondan gəlmişdi.”

Ədəbiyyat tarixçisi Nihad Sami Banarlı, Orhon haqqında belə yazmışdı: “Orhan Seyfi, həm əruz, həm də heca vəznini mükəmməl bilən nadir şairlərdəndir. Onun əruzu, türk dilinin ritmik imkanlarına uyğunlaşdırılmış bir əruzdur. Bu baxımdan o, Muallim Naci, Tofiq Fikret, Məhmət Akif və Yəhya Kamal xəttinin davamıdır.” Digər tərəfdən, şair Turqut Uyar “Beş Hecaçılar” haqqında daha sərt fikir səsləndirmişdi: “Onların ədəbiyyatda tarixi missiyası çox şişirdilmişdir. Bəlkə də dilin sadələşməsinə xidmət ediblər, amma poeziyaya yeni bir dərinlik gətirdiklərini söyləmək çətindir. Əruzu atıb, hecanı geyinməyə çalışdılar, amma bu dəyişiklik səmimi deyildi.”

Orhonun şeirlərində uşaqlıq təmizliyi və romantik duyğular hiss olunur. Əsərlərində əsasən sevgi və qadın mövzularına yer verən şair, həyatdan çox xəyallardan bəslənirdi.

Romantik təbiət təsvirləri, sevginin kədər və həsrətlə yoğrulmuş ifadələri onun üslubunu müəyyənləşdirirdi. Onun ən məşhur əsərlərindən biri — “Vida” şeiri 1951-ci ildə bəstəkar Yusuf Nalkəsən tərəfindən bəstələnmiş, 1970-ci illərdə Zəki Mürən tərəfindən oxunaraq məşhurlaşmışdı.

Bu əsər zamanla türk sənət musiqisinin klassik incilərindən birinə çevrildi. Orxan Seyfi Orhonun yaradıcılığına baxdıqda onun yalnız bir “hecaçılar” nümayəndəsi deyil, həm də türk dilinin musiqisini poeziyaya daşıyan, milli duyğuları saf bir dillə ifadə edən, təbiətən romantik və satirik ruhlu bir sənətkar olduğunu görmək mümkündür.

Onun başlıca əsərlərinə “Fırtına və qar”, “Pəri qızıyla çoban hekayəsi”, “Könüldən səslər”, “O bəyaz bir quşdu”, “Karvan” kimi şeir kitabları daxildir.

Zəfər haqqında növbəti tamaşa Fahişələr, cadugərlər, feministlər... - Servantesin "qadınları" Kamal Abdulla: "Nə olmalıdır ki, Azərbaycan ədəbiyyatının dünya miqyasına çıxdığını deyək..." - Müsahibə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:49
embedMənbə:https://kulis.az
archiveBu xəbər 23 Oktyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri