“Beş il ərzində sən 15 manat tapa bilmirsən?” Yazıçı Anar
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
“Xeyli adam gəlib üzvlük haqqını ödəyir. Onları Birlikdə saxlayırıq. Bəziləri isə deyir ki, vermirəm, vermək də istəmirəm. Nizamnaməyə görə isə ödənişləri etməyən şəxslər üzv ola bilməz”.
Moderator.az xəbər verir ki, bunu Musavat.com-a Azərbaycan Yazıçılar Birliyin sədri Anar Rzayev deyib.
O bildirib ki, indiyə kimi üzvlük haqqı ödəməyən 30-a yaxın üzv xaric olunub:
“Xaric edilmələr uzun mərhələli prosesdir. Əvvəlcə siyahılar tərtib olunur, həmin adamlara zəng edilir və xəbərdarlıq edilir. Bu, asan məsələ deyil. Zəng edirik, izah edirik, deyirlər ki, unudublar, ödəniş edəcəklər. Eləsi də var ki, deyir: “vermirəm, istəmirəm”. İstəmirsənsə, deməli, üzv ola bilməzsən. Beş il ərzində sən 15 manat tapa bilmirsən? Onda niyə AYB-nin üzvü olmalısan ki?! Biz mətbuata verdiyimiz siyahıdakı şəxslər arasında abırlı insanlar da var. Onlar adlarını siyahıda görüb, gəlib ödəniş etdilər və unutduqlarını bildirdilər”.
Qeyd edək ki, 5 ildən artıq üzvlük haqqı ödəməyən şəxslər AYB-dən çıxarılır. Ödəniş etməyənlərə fevralın 1-dək vaxt qoyulmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 03 Fevral 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















