Beş ilə qədər həbsi istənilən Puqaçovanın müəllif haqları da təhlükədə
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyalı müğənni Alla Puqaçova ölkədə illik 28 milyon rubl (təxminən 570 min manat) dəyərində müəllif haqqı ödənişlərindən məhrum edilə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, bu tələb sənətçinin məhkəməsində iştirak edən hüquqşünas Aleksandr Treşçev tərəfindən iddiaya əlavə edilib. Daha əvvəl o, Puqaçovadan 1.5 milyard rubl (30.5 milyon manat) tələb etmişdi. Bu məbləğ məşhur ifaçının son müsahibəsində Çeçenistanın keçmiş lideri Cövhər Dudayev haqqında tərifli sözləri ilə bağlıdır.
Bundan əvvəl xəbər verilmişdi ki, Puqaçova Dudayevlə bağlı söylədikləri səbəbindən Rusiyada beş ilə qədər həbs cəzası ilə üzləşə bilər. Onun ifadələrində terrorizmin təbliği kimi qiymətləndirilə biləcək hallar aşkarlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 19 Sentyabr 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















