Icma.az
close
up
RU
Beş ölkə Rusiyanın işğalından qorunmaq üçün milyonlarla mina basdıracaq

Beş ölkə Rusiyanın işğalından qorunmaq üçün milyonlarla mina basdıracaq

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Finlandiya, Estoniya, Latviya, Litva və Polşa piyada əleyhinə minaları qadağan edən 1997-ci il Ottava Konvensiyasından çıxıblar. Bundan sonra Finlandiyanın şimalındakı Laplandiyadan Polşanın şərqindəki Lyublin Voyevodalığına qədər yeni partlayıcı “dəmir pərdə” çəkiləcək.
Reyting.az
xəbər verir ki, bu barədə analitik Devid Bleyr Britaniya mediasına deyib.
Onun sözlərinə görə, NATO ölkələri qərara gəliblər ki, Rusiyanın işğalının qarşısını almaq üçün bu ərazilər ağlasığmaz müdafiə tədbirləri tələb edir.
D. Bleyr əlavə edib ki, lazım gələrsə, adıçəkilən ölkələr öz sərhədləri boyunca yerləşən meşələrə milyonlarla mina basdıracaq.
Analitik qeyd edib ki, Finlandiya, Estoniya, Latviya, Litva və Polşanın iyunun sonunda BMT-yə minaların istehsalına, ehtiyatına və ilin sonundan etibarən yerləşdirilməsinə icazə verərək, geri çəkilmələri barədə rəsmi bildiriş verəcəklər.
Xatırladaq ki, adıçəkilən ölkələr NATO-nun Rusiya və Belarusla sərhədinin 3460 kilometrini qoruyurlar.
D. Bleyr bildirib ki, Rusiya prezidenti V. Putin qüvvələrini alyansa qarşı cəmləşdirərsə, hərbi planlaşdırıcılar artıq partlayıcı maddələr və qəlpələrlə dolu bu ölümcül qurğularla Avropa meşələrinin və göllərinin hansı ərazilərinin minalanacağını hesablayırlar.
“Ukrayna bu qaçılmaz həqiqətin faciəvi illüstrasiyasıdır. 20 ildən çox əvvəl ölkə Ottava Konvensiyasını ratifikasiya edib və minalarının əksəriyyətini məhv edib. Buna baxmayaraq, Ukrayna ərazisinin minlərlə kvadrat kilometri rus işğalçıları tərəfindən bu silahlarla çirklənib”,- deyə analitik qeyd edib. Onun fikrincə, hər bir ölkənin öz müdafiəsini düşündüyü yeni Avropada Litvanın və onun NATO-ya üzv olan qonşularının mənzərəli meşələrinə tezliklə enə biləcək “ölümcül dəmir pərdə” qarşıda nələrin gözlənildiyinin ən bariz əlamətidir.
E. KAMAL
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 İyun 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri