Icma.az
close
up
RU
Beşdən çox uşağı olan qadınların sayı açıqlandı Rayonlar üzrə RƏQƏMLƏR

Beşdən çox uşağı olan qadınların sayı açıqlandı Rayonlar üzrə RƏQƏMLƏR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Ölkəmizdə müəyyən kateqoriyaya daxil olan ailələrə “uşaq pulu” verilir. Bunlardan biri də beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətdir. 

Hazırda Azərbaycanda 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunur. Prezident İlham Əliyevin 13 yanvar 2023-cü ilil tarixli Fərmanı ilə 5-dən çox uşağı olan qadınlara sosial müavinətin məbləği müəyyən edilib. Fərmanda bildirilir:

“Beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 (yüz beş) manat müəyyən edilsin”.

Bu o deməkdir ki, məsələn, ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat (hər uşaq üçün 105 manat) müavinət ödənilməlidir.

Modern.az-ın əldə etdiyi məlumata görə, 2024-cü ilin statistikaları göstərir ki, ölkəmizdə 12 min 273 qadın övladlarının sayı beşdən çox olduğu üçün sosial müavinət alır, bu müavinətin ümumi məbləği hər uşaq üçün 105 manat nəzərdə tutulub.

Ölkə üzrə bir ailədə beşdən çox uşağı olan iqtisadi-rayonların göstəriciləri

Bakı şəhəri

Paytaxtda ümumilikdə 1561 qadın övladların sayı beşdən çox olduğu üçün müavinət alır. Onların ən çoxu 257 göstərici üzrə Sabunçu rayonun payına düşür. Rayonlar üzrə ən az göstərici isə Pirallahıdadır. Burada sadəcə 13 ailə çoxuşaqlı hesab edildiyi üçün ana sosial müavinət alır.

Paytaxtın digər rayonları üzrə rəqəmlər

Binəqədi rayonu – 194 nəfər

Xətai rayonu – 202 nəfər

Xəzər rayonu – 116 nəfər

Qaradağ rayonu – 115 nəfər

Nərimanov rayonu – 64 nəfər

Nəsimi rayonu – 51 nəfər

Nizami rayonu – 56 nəfər

Pirallahı rayonu – 13 nəfər

Səbail rayonu – 39 nəfər

Suraxanı rayonu – 239 nəfər

Yasamal rayonu – 205 nəfər

Naxçıvan Muxtar Respublikası

Ölkə üzrə bir ailədə beşdən çox uşağın olmadığı yeganə rayon Naxçıvanın Şahbuz ərazisindədir. Ümumilikdə isə Naxçıvanda 196 ailədə uşaqlarının sayı beşdən çoxdur, ən yüksək göstərici Şərur rayonunda qeydə alınıb. Belə ki, bu ərazidə 50 qadın hər uşağa görə aylıq 105 manat müavinət alır.  

Ən yüksək göstəriciyə malik iqtisadi rayonlar

Mərkəzi Aran iqtisadi rayonunda qeydə alınan çoxuşaqlı ailələrin sayı ölkə üzrə ən yüksək göstəricilərə malikdir. Belə ki, burada 3 min 690 qadın uşaqlarının sayı beşdən çox olduğu üçün sosial müavinət alır. İqtisadi rayon üzrə göstəricilərin böyük hissəsi Yevlaxın payına düşür. Bu rayonda 3 min 215 ana üçün sosial müavinət nəzərdə tutulub. Mərkəzi Aran üzrə beşdən çox uşağı olan ailələrin sayı ən az Zərdabdadır. Burada 48 ana çoxuşaqlı ailənin fərdləri kimi 105 manat nəzərdə tutulan sosial müavinət alır.

Beşdən çox uşağa sahib olan ailələrin sayı həm də Lənkəran-Astara iqtisadi rayonunda qeyd alınıb. Cənub zonasında ümumilikdə 1770 qadın beşdən çox uşağı olduğu üçün sosial müavinətlə təmin olunur. Bu ərazilərdə müavinət alan qadınların ən yüksək göstərici 504 ilə Astaranın, ən az göstərici isə 184 ilə Lerik rayonunun payına düşür. Mərkəzi Arandan fərqli olaraq Lənkəran-Astara iqtisadi rayonuna daxil bölgələrdə beşdən çox uşağı olan ailələrin sayında ciddi fərqlər müşahidə olunmur. Lənkaran, Cəllabad, Masallı, Yardımlıda beşdən çox uşağa sahib ailələrə məxsus olduğu üçün müavinət alan qadınların ortalama göstəricisi 270-dir.

Ən az göstəriciyi malik iqtisadi rayonlar

Beşdən çox uşağı olan ailələrin ən az yaşadığı iqtisadi rayonlar Şərqi Zəngəzur və Gəncə-Daşkəsən hesab edilir. Şərqi Zəngəzurda ümumilikdə 104 qadın beşdən çox uşağı olduğu üçün hər uşağa görə aylıq 105 manat müavinət alır. Bölgə üzrə ən yüksək göstərici 38 ailə ilə Cəbrayılın, ən az göstərici isə 7 ailə ilə Zəngilanın payına düşür.

Gəncə-Daşkəsən iqtisadi rayonu digər bölgələrlə müqayisədə çoxuşaqlı ailələrin sayına görə azlıq təşkil edir. Burada 372 qadın sayı beşdən çox uşağa sahib olduğu üçün müavinət alır. Əhali sayına görə ölkəmizdə üçüncü şəhər olan Gəncədə uşaqları çox olan 145 qadın ayda 105 manat müavinət alır və bölgədə ən yüksək göstəriciyə malik ərazidir. Bu iqtisadi rayonda beşdən çox uşağı olan ən az ailə isə Naftalanda yaşayır. Burada 6 qadın 6 və daha çox uşağı olduğu üçün müavinət alır.

Digər iqtisadi rayonlar üzrə göstəricilər

Abşeron-Xızı iqtisadi rayonu cəmi 543

Ən çox Sumqayıt rayonu - 295

Ən az Xızı rayonu - 30

Qarabağ iqtisadi rayonu cəmi 627

Ən çox Bərdə rayonu - 294

Ən az Xocalı rayonu -3

Qazax-Tovuz iqtisadi rayonu cəmi 740

Ən çox Şəmkir rayonu - 194

Ən az Qazax rayonu - 70

Quba-Xaçmaz iqtisadi rayonu cəmi 553

Ən çox Quba rayonu - 173

Ən az Siyəzən rayonu - 57

Mil-Muğan iqtisadi rayonu cəmi 470

Ən çox Sabirabad rayonu - 221

Ən az Saatlı rayonu - 63

Şəki-Zaqatala iqtisadi rayonu cəmi 411

Ən çox Şəki rayonu - 96

Ən az Balakən rayonu - 33

Şirvan-Salyan iqtisadi rayonu cəmi 435

Ən çox Hacıqabul rayonu - 138

Ən az Biləsuvar rayonu - 61

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 İyun 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see249

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see237

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see198

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see198

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see193

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see180

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see176

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see166

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see158

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see157

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see140

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see134

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see134

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see133

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see131

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see130

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see129

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see123

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri