Bəşər Əsəd ailəsi ilə getməyibmiş
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Suriyada müxalif qüvvələrin irəliləməsi səbəbilə Prezident Bəşər Əsədin ailəsi ilə birgə ölkəni tərk etdiyinə dair məlumatlar yayılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Əsədin ailə üzvləri Rusiyada məskunlaşıblar.
Məlumata görə, liderin xanımı və üç uşağı üsyançıların paytaxta doğru sürətlə irəliləməsinin ardınca ötən həftə Dəməşqdən Moskvaya yola düşüb.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
O da qeyd edilib ki, ailəsi ölkədən çıxsa da Prezident hələ də Suriyadadır. KİV-də yayılan məlumata görə, Misir və İordaniya rəsmiləri Əsədi ölkəni tərk etməyə çağırıblar.
Əsədin ailəsinin Rusiyaya getməsi davam edən vətəndaş müharibəsi fonunda Suriya rejiminin gələcəyində mühüm dönüş nöqtəsi ola bilər.
Milli.Az

