Bəşər Əsəd MoskvaSitidən 40 milyon dollara mənzillər alıb Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd müxalif qrupların hücumları fonunda ölkəni tərk edərək ailəsi ilə birgə Rusiyaya gedib.
BAKU.WS-in məlumatına görə, Rusiya mətbuatı Əsədin siyasi sığınacaq aldığını yazıb və bu məlumatı Kreml də təsdiqləyib.
Məlumata görə, dekabrın 8-i axşam saatlarında Bəşər Əsəd ailəsi ilə birgə Moskvaya yerləşib.
Məlumatına görə, Əsədin qohumları hələ 2013-cü ildən başlayaraq Moskvadakı "Moskva-Siti"də 19 mənzil alıblar. Obyektlərin əksəriyyəti "City of Capitals" kompleksində, biri isə "Federasiya Qülləsi"ndə yerləşir. Bu əmlakların ümumi dəyəri təxminən 40 milyon dollar təşkil edir. Ödəniş əməliyyatları ofşor şirkətlər vasitəsilə həyata keçirilib. Əmlakların əksəriyyəti Əsədin dayısı Məhəmməd Mahlufun ailə üzvlərinə məxsusdur.
Qeyd edək ki, Əsədin oğlu Hafiz Əsəd də Moskvada təhsil alır. Keçən yay o, Moskva Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirərək riyaziyyat üzrə magistr dərəcəsi alıb. Noyabrın 29-da isə fizika-riyaziyyat üzrə namizədlik dissertasiyasını müdafiə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 10 Dekabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















