Icma.az
close
up
RU
Bəşər Əsəd Moskvaya iki ton avro və dollar göndəribmiş TƏFƏRRÜATLAR

Bəşər Əsəd Moskvaya iki ton avro və dollar göndəribmiş TƏFƏRRÜATLAR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2018-2019-cu illərdə Suriya Mərkəzi Bankı təyyarə ilə Moskvaya təxminən 250 milyon dollar nağd pul daşıyıb.

Modern.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məxfi sənədlərə istinadən məlumat yayıb.

Nəşr bildirib ki, kəskin valyuta qıtlığının yaşandığı həmin illərdə ölkəyə hərbi dəstəyə görə "Kremlə borclu olan” prezident Bəşər Əsəd rəhbərlik edirdi.

Məlumata görə, Suriya hakimiyyəti Rusiyaya təxminən iki ton ağırlığında 100 dollar və 500 avro nominalında əskinaslar göndərib. Bu pulların Rusiya banklarında yerləşdirilməsi nəzərdə tutulduğu qeyd olunur.

Qəzet “Import Genius” ixrac məlumatları xidmətinə istinadən qeyd edir ki, 2019-cu il mayın 13-də Suriya Mərkəzi Bankı adından göndərilən 10 milyon dollar dəyərində 100 dollarlıq əskinasları daşıyan təyyarə Vnukovoya enib. 2019-cu ilin fevral ayında təxminən 20 milyon avro daha 500 avroluq əskinaslarda təhvil verilib. Ümumilikdə, 2018-ci ilin martından 2019-cu ilin sentyabrınadək nağd pulun daşınması üçün 21 reys həyata keçirilib.

Bildirilir ki, 2018-ci ilə qədər Suriya Mərkəzi Bankı ilə Rusiya bankları arasında belə pul köçürmələri olmayıb. Moskvaya çatdırılan vəsaitlərin Rusiya Maliyyə Korporasiyası (RFC) bankına (Rosoboroneksporta məxsus) köçürüldüyü iddia edilir.

Qəzet yazır ki, 2018-ci ilin martında Suriya Mərkəzi Bankı Rusiyanın "TsMRBank" bankına da 2 milyon dollar köçürüb. Hər iki kredit təşkilatı sonradan ABŞ sanksiyalarına məruz qalıb.

FT həmçinin qeyd edir ki, Əsədin ailəsi Moskvada dəbdəbəli daşınmaz əmlak da daxil olmaqla, gizli şəkildə Rusiyadakı aktivləri satın alıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Dekabr 2024 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see258

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see199

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see183

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri