Bəşər Əsəddən bəyanat YAYDI
Icma.az, Operativ MM saytına istinadən bildirir.
Suriyanın keçmiş prezidenti Bəşər Əsəd bəyan edib ki, dekabrın 8-i erkən səhər saatlarına qədər Dəməşqdə qalıb və ölkəni tərk etməyi planlaşdırmayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri onun mətbuat xidmətinin bəyanatına istinadən məlumat yayıb.
B.Əsəd silahlı müxalifətin hücum etdiyi günlərdə istefa verməyi düşünmədiyini və sığınacaq istəmək niyyətində olmadığını iddia edir. Silahlıların Dəməşqə girməsindən sonra o, döyüş əməliyyatlarını izləmək məqsədilə rus müttəfiqləri ilə əlaqələndirilmiş şəkildə Suriyanın Latakiya əyalətinə (Rusiyanın Hmeymim aviabazasının yerləşdiyi) getdiyini və axşam Rusiyaya uçduğunu bildirib.
Sabiq prezident bəyanatında paytaxtın yaraqlılar tərəfindən ələ keçirilməsi barədə Dəməşqdən çıxdıqdan sonra xəbər tutduğunu deyib. O, terrorçularun ələ keçirdiyi ölkədə prezident olaraq qalmağı mənasız hesab edib.
Baxış sayı:94
Bu xəbər 16 Dekabr 2024 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















