Bəşər Əsədin əmisi oğlu da ölüm hökmünə məhkum edildi
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Suriyada məhkəmə ölkənin sabiq prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsəd barəsində ölüm hökmü çıxarıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Syria TV” məlumat yayıb.
V.Əsəd hərbi və bəşəriyyətə qarşı cinayətlər kimi qiymətləndirilən çoxsaylı qətllərdə və işgəncələrdə təqsirli bilinib.
Məhkəmə qeyd edib ki, onun törətdiyi cinayətlər Suriyada 2011-ci ildən davam edən vətəndaş müharibəsi ilə bağlıdır.
Xatırladaq ki, V.Əsəd Livandan qayıtdıqdan sonra 2025-ci ilin iyununda həbs edilmişdi. O, Bəşər Əsəd ailəsinin qiyabi deyil, şəxsən ölüm hökmünə məhkum edilən ilk üzvü olub. Belə ki, bir neçə gün əvvəl məhkəmə Bəşər Əsəd və onun kiçik qardaşı Mahir Əsəd barəsində qiyabi ölüm hökmü qərarı çıxarıb. Onların hər ikisi ölkə xaricindədir.
Baxış sayı:150
Bu xəbər 18 Avqust 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















