Icma.az
close
up
RU
“Bəşər Əsədin Türk dünyasına qarşı antipatiyası vardı”

“Bəşər Əsədin Türk dünyasına qarşı antipatiyası vardı”

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

“İstər Suriya olsun, istər Livan olsun, istər Fələstin olsun burada yaşayan ermənilər tarixən türklərə qarşı aqressiv davranıb, böyük güclərin əlində alətə çevrilərək həmişə türklərə, Osmanlı dövlətinə qarşı fəaliyyət göstəriblər. Təbii ki, xüsusilə Suriya erməni terror təşkilatlarının müxtəlif qanadlarının həm ideoloji cəhətdən, həm siyasi, həm də hərbi baxımdan bir düşərgə mənbəyi olub”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi ekspert Azad Məsiyev deyib.

Siyasi ekspert qeyd edib ki, Suriyada terror təşkilatları formalaşıb, oradan Ermənistana transfer olunub, həmçinin dünyaya səpələnərək Azərbaycana, türk diplomatlarına, türk dövlətinə qarşı terror təxribatları törətməkdə fəal olublar: “Bir məsələni də qeyd edim ki, Ermənistanın sabiq Prezidenti Levon Ter-Petrosyan da Suriya mənşəli ermənilərdən olub və onun hakimiyyəti dövründə də Azərbaycana qarşı həm torpaqların işğal olunmasında, həm də terror fəaliyyətində Ermənistan dövləti və onların siyasi hakimiyyətinin xüsusi əli olub”.

A.Məsiyev həmçinin vurğulayıb ki, Bəşər Əsəd Suriya dövlətinə rəhbərlik etdikdə, xüsusilə Türk dünyasına qarşı bir antipatiyası vardı: “Suriya ərazisində PKK-nın formalaşması və orada düşərgə salması, Suriya ərazisindən Türkiyənin daxilində pozuculuq işləri aparılması faktları kifayət qədərdir. Ümumilikdə, Ermənistanla Suriya arasında həm siyasi, həm də bir ideoloji yaxınlıq var idi. Cənubi Qafqazda da Ermənistanın apardığı siyasət birmənalı şəkildə beynəlxalq aləmə aşkardır. Ümumən, Suriyada ermənilərin kompakt şəkildə yaşaması və orada onların fəaliyyətinə dövlət səviyyəsində şərait yaratmaq, onların terror qruplaşmalarına göz yummaq bu, açıq şəkildə Suriyanın ermənilərə qarşı bir simpatiyasıdır”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 Dekabr 2024 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see219

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see217

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see195

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see178

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see175

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see171

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see165

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see156

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see151

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see144

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see143

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see142

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see142

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri