Icma.az
close
up
RU
Bəşəriyyət üçün böyük təhlükə gəlir Açıqlama

Bəşəriyyət üçün böyük təhlükə gəlir Açıqlama

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

ABŞ Siyahıyaalma Bürosunun dünya əhalisinin yaş strukturu ilə bağlı hesabatında bildirilir ki, tarixdə ilk dəfə qocaların sayı körpələrin sayını ötüb. Hesabata görə, dünya tarixində ilk dəfə 65 yaş və yuxarı insanların sayı 5 yaşdan kiçik uşaqların sayını ötüb. Buna əsas səbəb kimi dünyada doğum səviyyəsinin azalması və əhalinin sürətlə qocalması göstərilir. 2022-ci ildə 65 yaşdan yuxarı şəxslərin və 5 yaşdan kiçik uşaqların dünya əhalisində payı təxminən eyni - 10 faiz olub. Lakin bundan sonra yaşlı insanların payı artmağa, azyaşlı uşaqların payı isə azalmağa başlayıb.
Bu tendensiya nədən qaynaqlanır?
Sosioloq Əhməd Rəhmanov Demokrat.az-a açıqlamasında bildirib ki, bütün problemlər SSRİ-nin süqutundan sonra başladı.
Onun sözlərinə görə, belə ki, SSRİ kimi böyük bir ərazini əhatə edən bir dövlətin apardığı siyasət təkcə özünə yox, dünya iqtisadiyyatına da öz təsirini göstərirdi:
“Məsələn, bütün dünyada əmək haqlarının, sosial müavinətlərin, əmək qanunları ilə bağlı qəbul olunan qanunların və həmkarlar ittifaqlarının fəaliyyətində SSRİ-nin rolu danılmazdır. Bu da o deməkdir ki, 1990-cı illərdən sonra dünyada ümumi idarəetmədə dəyişikliklər başladı. Bu dəyişikliklər getdikcə vətəndaşın rifahına qismən xeyir etsə də, başqa bir tərəfdən vətəndaşın sabaha olan inamını sarsıtdı. Mənəvi dəyərlər dəyişməyə başladı”.
Sosioloq əlavə edib ki, əgər nə vaxtsa SSRİ-yə daxil olan və onun təsiri altında olan Avropa dövlətlərində vətəndaş dövlət və dövlətçilik üçün çalışırdısa, bu gün artıq vətəndaş şəxsi maraqlarına, maddi durumuna görə çalışmağa başladı:
“Eləcə də dövlət vətəndaşa olan münasibətini dəyişdi. Əgər nə vaxtsa dövlət üçün vətəndaş əsas dəyər idisə, bu gün vergi ödəyicisi, yəni gəlir mənbəyi dəyərlidir. Bu da ona gətirdi ki, vətəndaşda eqoizm hissi baş qaldırdı. Bu gün vətəndaş artıq sabahı düşünmür, vətəndaş bu gün kef çəkmək, bu gün əylənmək istəyir. Sabah üçün plan qurmur. Belə olan halda uşaq məsuliyyət, müəyyən bir müddətdə məhdudiyyət və əlavə xərc deməkdir. Odur ki, valideynlər az uşaq dünyaya gətirmək yolunu seçiblər”.
Fidan Hacızadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Sentyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri