Bəşəriyyəti xilas edəcək kiber tarakanlar hazırlanır KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Yaponiyalı alimlər uzaqdan idarə oluna bilən və axtarış-xilasetmə əməliyyatlarında istifadə edilməsi planlaşdırılan “kiber tarakanlar” hazırlayıblar.
KONKRET.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Bildirilib ki, elektron sistemlərlə təchiz edilən həşəratlar təbii hərəkət qabiliyyətlərini qoruyur. Onların üzərinə yerləşdirilən ultra yüngül “bel çantası” günəş elementləri və kiçik batareyadan ibarətdir. Sistem tarakanın hərəkətinə mane olmadan idarəetmə mexanizmlərini enerji ilə təmin edir.
Mikroelektrodlar vasitəsilə göndərilən elektrik siqnalları sayəsində həşəratları sağa və sola yönləndirmək, dayandırmaq və irəlilətmək mümkündür. Tədqiqatçılar bildirirlər ki, kiber tarakanlar əzələlərindən istifadə etdikləri üçün ənənəvi robotlardan daha az enerji sərf edirlər.
Alimlər xüsusi “dalğıc geyimi” sayəsində kiber tarakanları su altında da istifadə etməyə nail olublar. Sistem hidrogen peroksid və manqan dioksidin reaksiyası nəticəsində oksigen istehsal edərək onu həşəratın tənəffüs dəliklərinə ötürür. Bunun sayəsində tarakanlar 50 santimetr dərinlikdə təxminən 3 saat hərəkət edə bilirlər.
Gələcəkdə bu texnologiyadan dağıntılar altında sağ qalan insanların aşkarlanması, boru kəmərləri və tunellərin yoxlanılması, həmçinin robotların çata bilmədiyi çətin ərazilərin, o cümlədən Marsın tədqiqində istifadə edilməsi planlaşdırılır./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 22 İyul 2026 22:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















