Icma.az
close
up
RU
Bəşəriyyətin SONU YAXINLAŞIR Dünyanı təşvişə salan STATİSTİKA

Bəşəriyyətin SONU YAXINLAŞIR Dünyanı təşvişə salan STATİSTİKA

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Onilliklər ərzində Yer kürəsinin əhalisi ildırım sürəti ilə artıb. 1900-cü ildə planetimizdə 1,65 milyard insan yaşayırdı və bu gün artıq say 8 milyarddan çoxdur.
Düşünə bilərsiniz ki, daha yüz ildən sonra Yer kürəsində insanların sayı kritik həddə çatacaq, lakin alimlərin proqnozları bunun belə olmadığını göstərir.
Tədqiqatçıların fikrincə, bu gün insan əhalisinin artımı əhəmiyyətli dərəcədə yavaşlayıb və bu problemi həll etmək o qədər də asan deyil.
Bəs niyə son illər dünyada daha az uşaq doğulur?
Turkustan.az xəbər verir ki, “IFL Science”a görə, yaxın 60 ildə planetə cəmi 2 milyard yeni əhali əlavə olunacaq ki, bu da ötən əsrdə olduğundan xeyli azdır.
2024-cü ildə Yer kürəsinin əhalisi 8 milyard nəfəri keçdi, lakin artım tempi əvvəlki kimi deyil. Üstəlik, 2080-ci illərdə əhalinin sayı 10,3 milyarda çatacaq və sonra azalmağa başlayacaq. 21-ci əsrin sonuna qədər Yer kürəsində təxminən 10,2 milyard insan yaşayacaq.
Cəmi on il əvvəl alimlərin 2100-cü ildə Yer əhalisinin 12 milyarda çatacağını proqnozlaşdırdıqlarını nəzərə alsaq, bu, çox azdır. Bununla belə, yeni araşdırmalar göstərir ki, əsrin sonuna qədər əhalinin pik həddə çatması ehtimalı 80% təşkil edir. Əvvəllər bu nisbət 30% qiymətləndirilirdi.
Uşaqların doğum nisbətinin azalması
Yavaşlamanın əsas səbəbi doğum nisbətinin kəskin azalmasıdır . Qadınlar daha az uşaq dünyaya gətirməyə başlayıblar və bu, əhalinin sayı ilə bağlı proqnozlara ciddi təsir edir.
Ölkə əhalisinin azalmaması üçün hər qadın orta hesabla 2 uşaq dünyaya gətirməlidir. Lakin bu gün dünya ölkələrinin yarıdan çoxu artıq bu həddən aşağı düşüb.
Əhalinin azalması xüsusilə Çin, Yaponiya və Rusiya kimi ölkələrdə nəzərə çarpır . Çin uzun müddətdir dünyanın ən sıx məskunlaşdığı yer hesab olunurdu, lakin indi onun əhalisi azalır.
Ümumilikdə, 60-dan çox ölkə artıq özünün demoqrafik cəhətdən pik həddinə çatıb və onlarda insanların sayı azalmağa başlayıb.
2054-cü ilə qədər dünyanın əksər ölkələrinin əhalisinin təxminən 14% azalacağı proqnozlaşdırılır. Bu tendensiya davam edərsə, dünya yeni çağırışlarla üzləşəcək: işçi qüvvəsi çatışmazlığı, iqtisadi dəyişikliklər və yaşlı insanların sayının artması və s.
Bəs niyə qadınlar daha az uşaq dünyaya gətirməyə başladılar?
Doğum nisbətinin azalmasının əsas səbəbi demoqrafik keçid deyilən dövrdür . Üstəlik, sənaye cəmiyyətlərində çoxuşaqlı ailələrə təcili ehtiyac yoxdur, çünki kənd təsərrüfatı artıq çox işçi tələb etmir. Doğuş səviyyəsinin aşağı düşməsi ilə bərabər , gözlənilən ömür uzunluğu da artır ki , bu da əhalinin yaş tərkibini kökündən dəyişir.
Proqnozlara görə, 2070-ci ilə qədər 65 yaşdan yuxarı insanların sayı 18 yaşadək gənclərin sayından çox olacaq. Bu, cəmiyyətdə yeni tarazlıq yaradacaq, burada yaşlılar üstünlük təşkil edəcək və gənc işçilər getdikcə azalacaq.
Mütəxəssislər uzun müddətdir ki, insanın məhsuldar və sağlam qalması üçün həftədə neçə gün işləməli olduğunu araşdırıb. Bir çox insanlar belə qənaətə gəlirlər ki, daimi iş yükü həyat keyfiyyətinə mənfi təsir edir və ailə həyatı qurmağa marağı azaldır. Buna görə də demoqrafik böhran yaşayan ölkələr müxtəlif tədbirlərə əl atırlar: valideynlərə maliyyə dəstəyindən tutmuş əmək islahatlarına qədər... /bizim.media/az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Mart 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see363

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see340

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see279

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see273

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see270

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see269

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see263

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see256

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see253

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see249

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see241

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see238

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see238

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see236

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see235

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see228

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see224

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see224

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see208

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri