“Beşiktaş” bombanı partlatdı
Icma.az bildirir, Sitat.info portalına istinadən.
“Beşiktaş” Futbol Klubu heyətini gücləndirmək məqsədilə transfer çalışmalarını davam etdirir. Klub “Roma”nın hücumçusu Tammy Abrahamın transferi ilə bağlı danışıqları yekunlaşdırmaq üzrədir.
Sitatinfo-nun əldə etdiyi məlumata əsasən, İstanbul təmsilçisi 26 yaşlı futbolçu ilə əsas prinsiplər üzrə razılıq əldə edib. İngiltərə millisinin sabiq üzvünün yaxın günlərdə tibbi müayinədən keçmək və rəsmi müqaviləyə imza atmaq üçün İstanbula gələcəyi gözlənilir.
Transferin satınalma şərti ilə icarə əsasında reallaşacağı bildirilir. Tərəflər arasında son detallarla bağlı danışıqlar davam etdirilir.
Qeyd edək ki, Abraham karyerası ərzində “Chelsea”, “Aston Villa” və “Roma” klublarında çıxış edib. O, 2021-ci ildə “Roma”ya transfer olunmuş və klubla UEFA Konfrans Liqasının qalibi olmuşdur.
“Beşiktaş” rəhbərliyi futbolçunun transferi ilə bağlı yaxın günlərdə rəsmi açıqlama verəcək.
Əlisahib İbrahimli
Baxış sayı:54
Bu xəbər 30 İyun 2025 02:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















