Icma.az
close
up
RU
Beşiktaş da qalmağıma imkan vermədilər

Beşiktaş da qalmağıma imkan vermədilər

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Karyerasını Səudiyyə Ərəbistanında davam etdirən, amma müqavilə ilə ''Beşiktaş''a məxsus olan Cekson Muleka maraqlı açıqlamalar verib.

Təcrübəli Konqo DR-li forvard İstanbul nəhəngində iki mövsüm keçirdikdən sonra ötən ilin avqustunda Səudiyyə Ərəbistanı təmsilçisi ''Əl-Xulud''a icarəyə verildi. Bu klubda indiyə qədər 25 rəsmi oyunda 5 qol, 4 məhsuldar ötürmə ilə fərqlənən 25 yaşlı futbolçu ''Afrik-foot.com'' saytına bunları deyib:

''Səudiyyə Ərəbistanındakı həyatım bir qədər qarışıq keçir. Hava şərtlərinə hələ də tam uyğunlaşa bilməmişəm. Hem də yaşadığım şəhər sanki kiçik bir qəsəbədi. Burda maraqlı bir şey yoxdu. Amma ən azından futbolun səviyyəsi çox yaxşı olduğuna görə buranı sevirəm. ''Əl-Xulud''un təklifi xüsusilə maddi baxımdan mənə çox maraqlı gəldi. Həm də son mövsümlərdə daimi oyun praktikam olmadığına görə şans qazana biləcəyim bir kluba keçmək istəyirdim. Bu layihə mənə həm çox oynamaq, həm də ''Beşiktaş''dakından daha çox qazanmaq fürsəti verirdi. Yenə də uzun müddət düşündüm. Şərtləri nəzərə aldıqda əlimdə olan ən yaxşı seçim bu idi və onu dəyərləndirmək qərarına gəldim. Gələcəyim haqda düşünməməyə çalışıram. İndi yeganə hədəfim mövsümün sonluğunu maksimum dərəcədə uğurlu keçirmək, statistikamı bir qədər də yaxşılaşdırmaq və komandama fayda verməkdi. Yayda nə olacağını birlikdə görəcəyik. ''Beşiktaş'' böyük klubdu. Karyeramı orda davam etdirməyi düşünürdüm. Çünki ötən mövsüm mənim üçün pis keçməmişdi və bəzi vacib qollar vurmuşdum. Amma bu arzum reallaşmadı. Çünki futbolda hərənin hadisələrə öz baxış tərzi var. Mən hər zaman pozitiv qalmağa çalışıram. İndiki klubum da inkişafıma yardım edir. Amma müqavilə ilə ''Beşiktaş''a məxsusam. Fikrimcə, orda hələ 1-2 il də oynaya bilərdim. Amma orda bəziləri buna imkan vermədi. Yalnız öz xeyirlərini güdərək məni kənarlaşdırmağa üstünlük verdilər. Eybi yox. Futbolda belə şeylər olur. ''Beşiktaş''da son dönəmlərdə rəhbərlik səviyyəsində vəziyyət çox qarışıqdı. Ona görə də mənim üçün işlərin necə gedəcəyini söyləmək çətindi''.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Aprel 2025 00:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see386

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see344

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see340

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see309

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see302

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see279

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see258

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see248

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see229

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see216

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see205

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see201

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see199

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see197

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see184

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see179

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see168

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri