Icma.az
close
up
RU
Beşiktaş derbi öncəsi müdafiədə problemlər yaşayır

Beşiktaş derbi öncəsi müdafiədə problemlər yaşayır

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

''Beşiktaş'' həftəsonu baş tutacaq mövsümün son böyük İstanbul derbisi öncəsi heyətlə bağlı müəyyən problemlər yaşayır.

''Football-plus.az'' xəbər verir ki, bazar günü 34-cü tur çərçivəsində ''Beşiktaş'' ''Fənərbaxça''nın qonağı olacaq. Mövsümü çox qeyri-sabit keçirən ''qartal'' 3-cü pillə uğrunda mübarizə aparırsa, ''Fənər'' qalib gələrək ''Qalatasaray''ın təqibini davam etdirmək niyyətindədi.
Bu arada ''ağ-qaralar''da müdafiənin mərkəzi ilə bağlı problemlər var. Feliks Uduoxai zatən uzun müddətdi, zədə üzündən oynamır. Digər mərkəz müdafiəçisi Əmirhan Topçu ötən tur ''Hatayspor''la qarşılaşmada zədələndi. Qeyri-adi bir şey baş verməsə, o, derbini buraxmalı olacaq. Bütün bunlar azmış kimi Qabriel Paulista da həftənin əvvəlindəki məşqdə zədə aldı. 4 mərkəz müdafiəçisindən 3-ü zədəli olduğu üçün baş məşqçi Ole Qunnar Sulşerin bu problemi necə yoluna qoyacağı maraq doğururdu. Amma bu günkü məşqdə Paulistanın peyda olması camiəni və fanatları sevindirib. Braziliyalı futbolçunun derbidə komandasına yardım edə biləcəyi məlum olub. Əmirhan Topçuya gəlincə, onun az da olsa, oynamaq ehtimalı var.
Yekun qərar şənbə günü veriləcək. Topçu oynaya bilməsə, ''Beşiktaş'' derbiyə müdafiənin mərkəzində Paulista - Tayyib Sanuç dueti ilə çıxmalı olacaq. Ancaq Sanuç bir müddət öncə ardıcıl iki qarşılaşmada qırmızı vərəqə alması ilə diqqət mərkəzinə düşmüşdü. 25 yaşlı futbolçu əvvəlcə aprelin 3-də kubokda evdə ''Göztəpə'' (1:3) və aprelin 7-də superliqada səfərdə ''Kasımpaşa'' (1:1) ilə oyunlarda qırmızı vərəqə almışdı. Özü də hər iki halda ilk yarıda qovulmuşdu! Ona görə Tayyip Sanuçun derbidə ilk dəqiqələrdən oynamaq şansı qazanacağı təqdirdə necə təsir bağışlayacağı maraq doğurur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 May 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri