Icma.az
close
up
RU
“Beşiktaş” ilin son derbisində qisasını aldı

“Beşiktaş” ilin son derbisində qisasını aldı

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Türkiyə kubokunda bu həftə qrup mərhələsinin ilk turuna yekun vuruldu. Məlum olduğu kimi, qrup oyunlarına ötən həftə start verilmişdi. Ötən həftə isə 7 oyun keçirildi.

"Football-plus.az xəbər verir ki, bir aydan çoxdu böhranda olan “Samsunspor”, nəhayət, 5 oyunluq məğlubiyyət və 8 oyunluq qələbəsiz seriyaya son qoydu. Samsun təmsilçisi “Eyüpspor”u yenərək qrupa qələbə ilə start vermiş oldu. Çətin dönəmdən keçən və Erol Bulutla yollarını ayıran “Antalyaspor” Konyadan əliboş dönməklə ardıcıl 3-cü rəsmi oyunda uduzdu. Avqustdan bəri evdə heç kimə uduzmayan “Kocaelispor” isə 1-ci liqa təmsilçisi “Ərzurumspor”la oyunda problem yaşamadı.
Turun ən böyük maraqla gözlənilən oyunu Kadıköydə keçirildi. İlin son İstanbul derbisində “Fənərbaxça” “Beşiktaş”ı qəbul etdi. Sərgən Yalçının komandası noyabrın əvvəllərində bu rəqibə qarşı evdəki çempionat derbisində 2 topluq üstünlüyü əldən verərək şok məğlubiyyət yaşadığından qisas hissi ilə alışıb-yanırdı. Özü də qonaqların əlinə qisas üçün yaxşı fürsət düşmüşdü. Çünki “Fənər” bu matçdan öncə müxtəlif səbəblər üzündən 13 futbolçudan məhrum olmuşdu.
Oyuna damğa vuran isim Vatslav Çernı oldu. O, 33-cü dəqiqədə Abrahamın ötürməsindən sonra işlək olmayan sağ ayağı ilə topu Tarık Çətinin ayaqları arasından tora göndərdi. “Fənər” bu qola hələ ilk yarıda cavab verdi. Fasilə ərəfəsində Abrahamın Mərt Müldürə qarşı kobudluğu hakimin monitora dəvət olunması və penalti təyin etməsi ilə nəticələndi. Asensio fürsəti qaçırmadı. “Qartal” ikinci hissəni üstün keçirdi. Bu matçda Edersonu əvəzləyən qapıçı Tarık Çətin bir neçə önəmli seyvə imza atdı. Hər şey bərabərliyə doğru gedərkən son anlarda yenə Çernı səhnəyə çoxdu.
Maraqlıdı ki, o, Oostervoldeni “bazara göndərəndən” sonra yenə topu Çətinin ayaqları arasından tora göndərdi. 28 yaşlı çexiyalı vingeri artıq “Fənər”in qənimi adlandırmaq olar. Çünki o, Kadıköydə ardıcıl ikinci dəfə “sarı-lacivərdlilər”lə oyunda dubl etdi!
Ötən mövsüm Çernı bunu Avropa Liqasında “Reyncers”in heyətində bacarmışdı. “Beşiktaş” Sərgən Yalçının rəhbərliyi altında “Fənər”ə qarşı keçirdiyi ikinci oyundan da qələbə ilə ayrıldı.
Komanda bu məşqçi ilə çempion olduğu 2020/21-də də Kadıköydən zəfərlə ayrılmışdı (4:3). “Beşiktaş” ölkə kuboku çərçivəsində prinsipial rəqibə qarşı keçirdiyi 23-cü oyunda 12-ci qələbəsini qazanaraq üstünlüyünü bir qədər də artırdı (6 heç-heçə, 5 məğlubiyyət). Bütün turnirləri nəzərə almaqla 16 oyunluq məğlubiyyətsiz seriyası qırılan “Fənər” Domeniko Tedeskonun dönəmində 21-ci rəsmi oyunda cəmi 2-ci dəfə uduzdu.
qrup mərhələsi, 1-ci tur
A qrupu
Qalatasaray – İstanbul BŞ 1:0
(Ahmed Kutucu, 22), Trabzonspor – Alanyaspor 0:1 (Güvən Yalçın, 17), Fatih Karagümrük – İstanbulspor 0:0, Boluspor – Fəthiyəspor 0:0.
B qrupu
Samsunspor – Eyüpspor 2:1

Muandilmaci, 10. Sonər Aydoğdu, 33 – Berke Baran, 90.
Samsunspor: Posiadala, Mendes, Borevkoviç, Van Drongelen, Tomasson (Dəniz Şəkər, 76), Makumbu (Eyup Değirmenci, 87), Holse (Muhammed Akyüz, 87), Sonər Aydoğdu, Tahsin Bülbül (Palut Yaldır, 61), Əmrə Kılınç (Sonər Gönül, 46), Muandilmaci.
Konyaspor – Antalyaspor 1:0 (Tunahan Taşçı, 21), İğdır – Aliağa Futbol 2:2 (Özdər Özcan, 38. Rotariu, 73 – Vəli Çətin, 37. Ahmet İlhan Özək, 90), Gənclərbirliyi – Bodrum 3:2 (Nyanq, 59; 69. Samed Onur, 67 – Adəm Türk, 19. Əli Habesoğlu, 51).
C qrupu
Fənərbaxça – Beşiktaş 1:2

Asensio, 43-p. – Çernı, 33. 90+1.
Fənərbaxça: Tarık Çətin, Mərt Müldür, Şkrinyar, Oostervolde, Ləvənt Mercan, Bartuğ Elmaz (Yiğit Efe Dəmir, 75), İsmayıl Yüksək, Şimanski, Asensio, Oğuz Aydın (Haydar Karataş, 85), Kərəm Aktürkoğlu (Alaəddin Əkici, 81).
Beşiktaş: Ərsin Destanoğlu, Gökhan Sazdağı, Calo, Əmirhan Topçu (Paulista, 85), Yurasek (Rıdvan Yılmaz, 72), Salih Uçan (Dəmir Ege Tıknaz, 85), Orkun Kökçü, Raşitsa, Çernı, Devrim Şahin (Kartal Yılmaz, 72), Abraham.
Çaykur Rizəspor – Qaziantep 5:2 (Xəlil Dərvişoğlu, 1; 20; 60-p.; 71. Əmrəcan Bulut, 64 – Soresku, 37. Semih Gülər, 90+1), Kocaelispor – Ərzurumspor 3:1 (Çurlinov, 18; 45. Nonge, 53 – Baiye, 88), Keçiörəngücü – Beyoğlu Yeni Çarşı SF 3:1 (Xəlil Ayan, 17. Əli Akman, 37. Ərkam Dəvəli, 80 – Əmrə Ərən, 59).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Yanvar 2026 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri