Beşiktaş layihəsi mənə Mançester Yunayted i xatırladır Sulşer
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
"Beşiktaş"ın yeni baş məşqçisi Ole Qunnar Sulşer təyinatını şərh edib.
Fanat.Az xəbər verir ki, ESPN norveçli mütəxəssisin dediklərini belə çatdırıb:
“Mən UEFA-da işləsəm də, futbolu, "Beşiktaş"ı izləyirdim. Bu layihə mənə "Mançester Yunayted"i xatırladır. Biz əvvəl 6-cı yeri tutmuşduq, sonra 4 və 2... Beləlikə, addım-addım irəliləmişdik.
Biz bura uğur qazanmağa gəlmişik. Təbii ki, hamı bunun tez baş verməsini istəyir, amma gəlin realist olaq.
Təkliflərim çox idi, amma mənə ən doğru olanı "Beşiktaş"dan aldığım oldu. Hətta ieal həyatımdan imtina etdim".
Xatırladaq ki, “qartallar” dekabrda Covanni van Bronkhorstu istefaya göndərdikdən sonra baş məşqçisiz idi. Komanda hazırda Türkiyə Super Liqasının turnir cədvəlində 30 xalla altıncı pillədə qərarlaşıb. Lider "Qalatasaray"dan xal fərqi 20-dir.
Sulşer 2021-ci ildə tərk etdiyi "Mançester Yunayted"dən başqa, "Mölde" və "Kardiff Siti"də də çalışıb.
Mirağa
Baxış sayı:86
Bu xəbər 20 Yanvar 2025 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















