“Beşiktaş” “Makkabi” oyununa azarkeşlər niyə buraxılmayacaq?
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda keçiriləcək "Beşiktaş" (Türkiyə) - "Makkabi" (Tel-Əviv, İsrail) matçının azarkeşsiz oynanılmasına qərar verilməsinin səbəbi məlum olub.
QOL.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Görüş əvvəlcə İstanbulda keçirilməli olsa da, oyunun yeri Türkiyə hökuməti tərəfinfən təhlükəsizlik səbəbindən dəyişdirilib. Matçın Macarıstanın Debretsen şəhərində təşkilinə qərar verilib.
Daha əvvəl "Makkabi"nin "Ayaks"la oyunu Niderlandın paytaxtı Amsterdamda azarkeşlərin iştirakı ilə keçirilib. Lakin bu oyundan sonra "Makkabi" azarkeşləri hücuma məruz qalıblar.
"Beşiktaş" əvvəlcə "Makkabi" ilə oyuna azarkeşlərin buraxılması üçün Macarıstan hökuməti ilə razılıq əldə etsə də, sonra UEFA Amsterdamda yaşananlar səbəbindən matçın azarkeşsiz keçirilməsinə qərar verib”.
Noyabrın 28-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 13 Noyabr 2024 01:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















