Icma.az
close
up
RU
Beşiktaş Nuri Şahini təkzib etdi və öz yetirməsini İtaliyaya göndərdi

Beşiktaş Nuri Şahini təkzib etdi və öz yetirməsini İtaliyaya göndərdi

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Mövsümə istədiyi kimi başlaya bilməyən və ''Şaxtyor'' qarşısında hər iki oyunda aciz qalaraq fanatlarını məyus edən ''Beşiktaş''la bağlı xəbərlər var.

Klubdan baş məşqçi mövzusunda açıqlama verilib. Belə ki, klubun rəsmi bəyanatında Ole Qunnar Sulşerin istefaya göndəriləcəyi və onun yerinə Nuri Şahinin gətiriləcəyi ilə bağlı yayılan xəbərlər təkzib olunub.
Əslində bu, yeni xəbər deyil. ''Beşiktaş'' hələ evdəki ilk oyunda ''Şaxtyor''a uduzduqdan sonra Nuri Şahinlə bağlı iddialar ortaya atılmışdı. Şənbə günü isə tanınmış insayder Fabritsio Romano bununla bağlı xəbər paylaşdıqdan sonra türkiyəli həmkarlarımız məhz ona istinadən Sulşerin Şahin ilə əvəzlənəcəyini iddia etmişdilər. Amma göründüyü kimi bu xəbər həqiqəti əks etdirmir.
Digər xəbər isə Semih Kılıçsoy ilə bağlıdı. Gənc forvardın ''Kalyari''yə transferi rəsmən açıqlanıb. A seriyası təmsilçisi istedadlı futbolçunu 1 milyon avro qarşılığında icarəyə götürüb. ''Kalyari'' Semihi daimi əsasda transfer edə bilmək haqqını da ələ keçirib. Klub bu haqdan yararlanmaq istəsə, gələn yay ''ağ-qaralar''a əlavə 12 milyon avro ödəməli olacaq.
Bundan başqa müqavilədə 2 milyon avroluq bonus və növbəti satışdan 20 faiz pay maddəsi də mövcuddu. İstanbul nəhənginin öz yetirməsi olan, 10 yaşından akademiyada böyüyən və 2022-ci ildən əsas komandada olan Semihin ''Beşiktaş'' karyerası 87 oyun 16 qol, 9 məhsuldar ötürmə göstəricilərindən ibarət oldu.
Onu da bildirək ki, ''qartal'' ''Milan''lı Samuel Çukvueze və ''Əl-Əhli''nin üzvü Frank Kessye ilə danışıqlar aparır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Avqust 2025 19:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see249

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see235

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see141

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see138

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see122

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see118

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see118

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see117

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see117

Mən Putinlə tezliklə görüşə bilərəm Tramp

07 Avqust 2025 10:54see115

Mina təhlükəsi ən aktual problemlərdəndir

07 Avqust 2025 09:47see114

İrandan “Hizbullah”a dəstək

07 Avqust 2025 04:49see114

“Bakı Tbilisi qatarının bərpasını gözləyirik” Gürcüstan İqtisadiyyat Nazirliyi

07 Avqust 2025 15:32see113

Seda Sayanın dodaq uçuqladan var dövləti: Onun kirayə gəlirləri isə...

07 Avqust 2025 15:57see113

Pəhriz içkiləri şəkərli sodadan daha çox diabetə səbəb olur

07 Avqust 2025 09:04see111

Mingəçevir 30 futbolçu ilə hazırlaşsa da... SON DURUM

07 Avqust 2025 14:09see111

Çimərliklərdən uşaqlara virus yayılır? Suçiçəyinə bənzəyir, lakin...

07 Avqust 2025 14:08see110

Kambocanın Baş naziri Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürüb

07 Avqust 2025 18:26see110

Çində asma körpüdə baş verən qəza nəticəsində beş nəfər həlak olub

07 Avqust 2025 06:29see110

Qızıl libaslar və lüks tualetlər: Rahib əfsanəvi Şaolini attraksiona çevirdi

07 Avqust 2025 06:02see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri