“Beşiktaş” Salahı bu gün elan edə bilər
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Beşiktaş” misirli hücumçu Məhəmməd Salahın transferini bu gün elan edə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə türkiyəli jurnalist Atakan Kurt sosial şəbəkə səhifələrində məlumat yayıb.
Onun sözlərinə görə, klub artıq misirlinin adını daşıyan formaları hazırlayıb və transfer üçün bütün təşkilati hazırlıqları tamamlayıb.
Jurnalist iddia edir ki, rəsmi transfer elanının bu gün veriləcəyi gözlənilir. Daha sonra Salahın hava limanında rəsmi qarşılanma mərasimi, ardınca isə “Beşiktaş” stadionunda müqavilə imzalama mərasimi keçiriləcək.
Digər tərəfdən, Türkiyə KİV “Beşiktaş”ın təcrübəli qanad oyunçusuna iki illik müqavilə təklif etdiyini bildirir. Müqavilənin şərtlərinə illik 15 milyon avro xalis maaş və təxminən 4 milyon avro bonus daxildir. Ulduz oyunçunun bonuslar da daxil olmaqla illik gəliri 20 milyon avroya yaxınlaşır. Ağ-qara klubun Salahın transferi üçün ayırdığı ümumi büdcənin iki il ərzində 40 milyon avronu keçəcəyi gözlənilir. Həmçinin, klub rəhbərliyinin 33 yaşlı oyunçuya cavab vermək üçün 24 saat vaxt verdiyi bildirilir.
Qeyd edk ki, Salah bu yay “Liverpul”dan azad agent kimi ayrılıb.
Bu mövzuda digər xəbərlər:“Beşiktaş” Salahı transfer etmək fikrindən daşınıb
27 İyul 2026 21:14
“Beşiktaş”ın prezidenti: Məhəmməd Salahı istəməmişik
05 Avqust 2026 18:08
"Salahı ala bilmədik yox, almadıq" Beşiktaş prezidenti
05 Avqust 2026 20:45
“Barselona” Salahı transfer edə bilər
05 Noyabr 2024 21:46
Baxış sayı:72
Bu xəbər 27 İyul 2026 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















