Beşiktaş yeni idman direktorunu tapdı
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Srağagün əvvəlcə baş məşqçi Sərgən Yalçın, sonra da futbol koordinatoru Serkan Rəçbər ilə yollarını ayıran ''Beşiktaş''la bağlı yeni xəbər var.
İddialara inansaq, başqan Sərdal Adalı ilə Öndər Özən arasında aparılan danışıqlar uğurla yekunlaşıb. Qeyri-adi bir şey baş verməsə, Öndər Özən ən qısa müddətdə İstanbul nəhənginin yeni idman direktoru təyin olunacaq.
Maraqlıdı ki, hazırda klubda almaniyalı Eduard Qraf futbol direkotru kimi fəaliyyət göstərir. Özənin təyinatından sonra onun aqibətinin necə olacağı maraq doğurur. 56 yaşlı Öndər Özən üçün ''Beşiktaş'' heç də yad klub deyil. O daha öncə 2013/14-də xorvatiyalı Slaven Biliçin baş məşqçi olduğu dönəmdə bu klubda idman direktoru kimi çalışıb.
Bundan başqa o, 2015-də qısa müddət ''Kasımpaşa''nı, 2016-da ''Göztəpə''ni çalışdırıb. Son dönəmlərdə isə Özən əsasən futbol şərhçisi kimi fəaliyyət göstərirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 20 May 2026 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















