Icma.az
close
up
RU
“Beşiktaş”da qapıçı dəyişikliyi gözlənilirmi?

“Beşiktaş”da qapıçı dəyişikliyi gözlənilirmi?

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

“Beşiktaş”da son dönəmlərdə nəticələr düzəlsə də, komanda əsas bəlasından – qol buraxmaq xəstəliyindən qurtula bilmir. İstanbul nəhəngi bu mövsüm keçirdiyi 13 qarşılaşmanın 12-də qapısını toxunulmaz saxlaya bilməyib!

Bu 13 oyunun 12-də qapını Mərt Günok, 1-də Ərsin Destanoğlu qoruyub. Türkiyə yığmasında əsas qapıçı statusunu son dönəmlərdə Uğurcan Çakıra verməli olan Mərtin bu mövsümdəki performansı fanatlar arasında birmənalı qarşılanmır. O, 12 qarşılaşmanın cəmi 1-də - “Kayserispor”la səfər oyununda (4:0) qapısını toxunulmaz saxlayıb.
Elə sonuncu dəfə “Qalatasaray”la səfər derbisində (1:1) “Beşiktaş” müdafiədə kobud səhvə yol verərək qol buraxdı. Həmin epizodda topu Uilfrid Ndidi itirsə də, məhz Mərt tənqid obyektinə çevrilmişdi. Çoxlarının fikrincə, o, topu heç də uyğun mövqedə olmayan Ndidiyə ötürməməliydi. Ndidi bu ötürməni gözləmədiyinə görə topu normal şəkildə qəbul edə bilməmişdi. Amma formada olmamasına və çoxsaylı tənqidlər üzündən psixoloji cəhətdən çətin dönəmdən keçməsinə baxmayaraq, Sərgən Yalçın əsas qapıçısına güvənməkdə davam edəcək. Türkiyə mətbuatının yazdığına inansaq, təcrübəli mütəxəssis üçün hələ ki qapıçı dəyişikliyi gündəmdə deyil. Növbəti turda - “Gənclərbirliyi” ilə ev oyununda da qapını məhz Mərt qoruyacaq. Ancaq ölkə kubokunda Ərsin Destanoğlu şans qazanacaq. 2021-ci ildən “Beşiktaş”ın şərəfini qoruyan 36 yaşlı Mərt Günok indiyə qədər bu klubda 129 rəsmi oyunda forma geyib. O, ümumilikdə 15 qol buraxıb və 38 görüşdə qapısını toxunulmaz saxlayıb.
Yeri gəlmişkən, derbidə zədələnən və Mali yığmasının düşərgəsinə də yolanmayan Əl-Bilal Turenin son durumuna aydınlıq gəlib. Onun sol ayaq arxa əzələsində problem aşkarlanıb. Futbolçunun müalicəsinə başlanılıb. Onun təxminən 3 həftəliyə sıradan çıxdığı bildirilir. Bu yay transfer edilən 24 yaşlı forvard bu mövsüm 5 oyunda iştirak edərək hesabına 1 qol yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 14 Oktyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri