Icma.az
close
up
RU
“Beşiktaş”da Rafa Silva qalmaqalı zirvə nöqtəsinə çatdı

“Beşiktaş”da Rafa Silva qalmaqalı zirvə nöqtəsinə çatdı

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Beşiktaş”da Rafa Silvanın baş məşqçi Sərgən Yalçınla yola getməməsi və İstanbulda xoşbəxt olmaması barədə uzun müddətdi ortalıqda dolaşan şayiələr yalan deyilmiş.
"Football-plus.az" xəbər verir ki, İstanbul nəhənginin ulduz futbolçu ilə ciddi problemlər yaşaması şənbə günü rəsmi təsdiqini tapdı. Belə ki, həmin gün başqan Sərdar Adalı ilə baş məşqçi Sərgən Yalçın birgə mətbuat konfransı keçirərək Silva ilə bağlı qalmaqallı həqiqətləri açıqladılar.
İkilinin açıqlamalarından belə aydın oldu ki, 32 yaşlı futbolçu ilə bağlı problem 3-cü turda “İstanbul BŞ” ilə oyundan sonra başlayıb. Həmin matçın 73-cü dəqiqəsində əvəzlənən Rafa daha sonra menecerinə klubdakı durumundan şikayətlənib. Menecer də rəhbərliklə görüşərək onlara ulduz futbolçunun karyerasını bitirmək istədiyini deyib. Sonrakı həftələrdə problem getdikcə böyüyüb. Rafa Silva dəfələrlə zədəsini bəhanə gətirərək məşqlərə və oyunlara çıxmaqdan boyun qaçırıb. Hətta iş o yerə çatıb ki, meneceri rəhbərliyin və Sərgən Yalçının qarşısına “qışda onu sərbəst buraxsaz, o vaxta qədər məşqlərə və oyunlara çıxacaq, sərbəst burtaxmasaz, oyunlara çıxmayacaq” şərtini qoyub.
Təbii ki, “Beşiktaş” əsas ulduzlarından birini pulsuz buraxmaq istəmir. Rəhbərlik müqavilənin qarşılıqlı şəkildə ləğvi üçün 10-15 milyon avro tələb edir. Özü də futbolçunun 2027-nin yayına qədər müqaviləsi var.
Ertəsi gün Rafa Silvanın məxsus olduğu “Onsoccer” adlı menecerlik şirkəti “Beşiktaş” rəhbərliyinə 21 maddəlik bir cavab paylaşdı. Orda ilk növbədə Rafanın karyerasını bitirməyə hazılaşmadığı qeyd olundu. O, sadəcə, biranlıq etirazını bildərərək “bu cür oynamaqdansa, karyeramı bitirmək yaxşıdı” deyibmiş. Rəhbərlik də bunu yanlış anlayıbmış. Menecerlik şirkətinin açıqlamasında daha sonra qeyd olunub ki, Rafa Silva özünü klubda heç kimdən üstün saymır. Sadəcə, mövcud şərtlər, eləcə də ona verilən sözlərin yerinə yetirilməməsi üzündən əvvəlki kimi üzərinə düşəni edə bilmir və hələ oktyabrda ayrılmaq istədiyini kluba bildiribmiş. Şirkət eyni zamanda “Beşiktaş”ın futbolçunu havayı transfer etdiyini xatırladıb və bu üzdən müqavilənin ləğvi üçün tələb olunan 15 milyon avronun haqsızlıq olduğuna işarə vurub. Şirkətin paylaşımında daha bir diqqətçəkən məqam Rafa Silvanın Türkiyədə “Beşiktaş”dan başqa klubda oynamayacağına dair söz verməsidi. Bu məqam ona görə maraqlıdı ki, “Fənərbaxça”nın pusquda dayandığı deyilir.
Hətta deyilənə görə, “Fənər” Rafa Silvanın qarşılığında “Beşiktaş”a İrfan Can Kahveci ilə Cengiz Ündəri təklif edib!
Bu qalmaqaldan sonra Rafa Silvanın şənbə günü məşqə çıxıb-çıxmayacağı maraq doğururdu. Həmin gün “Beşiktaş”ın səhər saatlarında trenajor zalında məşqi var idisə, günorta saatlarında adi məşq planlaşdırılmışdı. Amma futbolçu növbəti dəfə ağrılarının olduğunu bəhanə edərək iki məşqin heç birinə çıxmadı! İndi hər kəsi bir sual maraqlandırır: bu məsələnin sonu nə ilə bitəcək? Görünən odu ki, qeyri-müəyyənlik qış transfer dönəmi açılana, yəni yanvara qədər davam edəcək. Belə qarşılıqlı söz davasından sonra tərəflərin ortaq məxrəcə gəlmək ehtimalı sıfra bərabərdi.
“Beşiktaş” rəhbərliyi artıq bu qalmaqaldan minimum zərərlə qurtulmağın yollarını axtarır. İlkin mərhələdə rəhbərlik Rafanın bəhanələrinə birdəfəlik son qoymaq üçün onu başdan-ayağa tibbi müayinədən keçirməyi planlaşdırır. Rafa bu təklifi də geri çevirsə, artıq fərqli addımlar atılacaq.
Qeyri-adi nəsə baş verməsə, portuqaliyalı ilə qışda yollar birdəfəlik ayrılacaq. Ancaq bunun futbolçunun naz-qəmzəsi, yoxsa 120 illik bir “çinarın” şərtləri əsasında olacağı bilinmir. Rafa Silvanın bu mövsüm 16 rəsmi oyunda iştirak etdiyini, hesabına 5 qol, 3 məhsuldar ötürmə yazdığını da bildirək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Noyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri