Icma.az
close
up
RU
Beşiktaşda seçkilərdən öncə Sərgənlə bağlı yeni açıqlama

Beşiktaşda seçkilərdən öncə Sərgənlə bağlı yeni açıqlama

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

''Beşiktaş'' camiəsində sabah keçiriləcək növbədənkənar prezident seçkiləri öncəsi nəfəslər tutulub.

Bu arada başqanlığa iki namizəddən biri olan Sərdar Adalı Sərgən Yalçınla bağlı olduqca diqqətçəkən ifadələr işlədib. Bilindiyi kimi Yalçın klubdakı çətin və qeyri-müəyyən durumu bəhanə gətirərək Covanni van Bronkhorstun istefasından sonra baş məşqçi postuna gəlməkdən imtina etmişdi. Təcrübəli mütəxəssis yalnız mayda keçiriləcək seçkilərdən və 3 illik müddətə gələcək rəhbərliyin bəlli olmasından sonra klubu qəbul etməyə hazır olduğunu demişdi. Adalını dinləyək:

''Prezident seçilsəm, ilk növbədə müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edən Sərdar Topraktəpə ilə görüşüb fikirlərini öyrənəcəm. Sonra Sərgən Yalçın ilə görüşəcəm. Şərtlər uyğun olsa, təbii ki, birinci seçimim Sərgən olacaq. Amma uyğun olmasa, alternativ variantlara yönələcəm. Sərgəni tez-tez ''yutub''da Candaş Tolqa İşıkın verilişində qonaq qismində görürük. ''Beşiktaş'' haqda danışarkən bəzi şeyləri çox şişirdir. Onun sözləri fanatlarımıza da sirayət edir. Televiziyadakı Sərgən Yalçın ilə meydanın kənarındakı Sərgən Yalçın eyni deyil! Onunla yalnız yanvarda klubun başına keçməyə razılıq verəcəyi təqdirdə anlaşacağıq. Yenə maya qədər gözləmək istəsə, artıq hərə öz yolu ilə gedəcək. Bura ''Beşiktaş''dı! Topraktəpə yeni transferlərlə komandanı toparlamaq və nəticələri yaxşılaşdırmaq məsuliyyətini üzərinə götürsə, o zaman onunla yola davam edib mövsümün sonunda Sərgən ilə anlaşa bilərik. Yəni hər şey Topraktəpənin bizə verəcəyi raportdan asılı olacaq. Sərgənin mayda gəlmək fikri var və bunu da hər yerdə dilə gətirir. Mən isə bu komandanı ən qısa müddətdə ayağa qaldırmaq istəyirəm. Müdafiənin cinahında, hücumda sıxıntılarımız var. Ən azı 3-4 transferə ehtiyac duyuruq''.


ƏLİ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Dekabr 2024 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see549

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see506

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see377

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see286

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see281

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see280

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see274

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see270

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see266

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see245

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see244

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see243

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see239

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see227

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see219

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see213

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see210

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see192

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see185

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri