“Beşiktaş”dan “Real Madrid”in ulduzu üçün 20 milyon avroluq təklif
Icma.az, Dogru.az saytına istinadən bildirir.
Türkiyənin “Beşiktaş” klubu transfer bazarında böyük səs küyə səbəb olacaq addım atmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, “Qara qartallar” İspaniya nəhəngi “Real Madrid”in gənc mərkəz müdafiəçisi Raul Asensio üçün rəsmi təklif göndərəcəyini bəyan edib.
İstanbul təmsilçisi müdafiə xəttini gücləndirmək məqsədilə ispaniyalı futbolçu üçün 20 milyon avro ödəməyə hazır olduğunu bildirib. Əgər bu transfer reallaşarsa, bu rəqəm “Beşiktaş” klubunun tarixinin ən bahalı transferlərindən biri kimi qeydə alınacaq.
”Real Madrid”in akademiyasının yetirməsi olan Asensio son vaxtlar göstərdiyi performansla diqqətləri üzərinə çəkməyi bacarıb. Xüsusilə madridlilərin müdafiə xəttindəki zədə problemləri fonunda əsas heyətə cəlb olunan 21 yaşlı müdafiəçi etibarlı oyunu ilə Avropa klublarının radarına düşüb.
”Real Madrid” rəhbərliyinin gənc istedadın gələcəyi ilə bağlı hələ yekun qərar vermədiyi bildirilir. Lakin “Beşiktaş”ın təklif etdiyi yüksək məbləğin danışıqların gedişatına ciddi təsir edəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:228
Bu xəbər 10 May 2026 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















