Icma.az
close
up
RU
“Beşiktaş”ın sabiq forvardı Türkiyəyə qayıtmağa can atır

“Beşiktaş”ın sabiq forvardı Türkiyəyə qayıtmağa can atır

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni mövsüm üçün Çiro İmmobile ilə yollarını ayırmağı planlaşdıran “Beşiktaş” ən azı iki hücumçu transfer etmək niyyətindədi.
Şayiələrə inansaq, İstanbul nəhəngi sabiq forvardı Vut Veqhorstu yenidən Türkiyəyə gətirə bilər. Təcrübəli niderlandlı forvard 2022/23 mövsümünün ikinci dövrəsini icarə əsasında “Beşiktaş”da keçirmiş və vurduğu önəmli qollarla iz buraxmağı bacarmışdı. 32 yaşlı futbolçu hazırda “Ayaks”da çıxış edir və bu mövsüm 28 oyunda 9 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib.
Bu arada Veqhorstun təmsilçisi olan türkiyəli menecer Mithat Halis “Radyospor”a maraqlı açıqlamalar verib:

“Ötən yay Veqhorstu “Beşiktaş”a təklif etdik. Amma həmin dönəmdəki başqan təklifi geri çevirərək “biz İmobbileni transfer edəcəyik” dedi və fikrindən dönmək istəmədi. Veqhorst Niderland yığmasının üzvüdü. Son nəhəng turnirlərdə də özünü yaxşı tərəfdən göstərib. Onun nəyə qadir olduğunu hər kəs bilir. “Ayaks”dan öncə “Milan”a keçmək üzrə idi. Sadəcə, italyanlar bu transferi zaman baxımından vaxtında bitirə bilmədilər. Veqhorst bu yay Türkiyəyə gələ bilər. İstənilən nəhəng klubda çox rahatlıqla oynamağa qadirdi. Yetər ki, onu istəyən klub “Ayaks”la anlaşsın. Veqhorst Türkiyədə yenə gözəl performans sərgiləməyə hazırdı. Mənim fikirimi bilmək istəyirsizsə, Veqhorst Moratadan daha güclü hücumçudu. Həm də “Qalatasaray”ın sisteminə daha uyğundu. Osimhenlə birlikdə də oynaya bilər. Bir-birini tamamlayan iki hücumçu kimi oynaya bilərlər. İkisi də mübarizə aparmağı xoşlayan futbolçulardı. Və ya “Fənərbaxça” da Cekonun yerinə onu ala bilər. Cekonun etdiklərini Veqhorst da rahatlıqla edə bilər. “Trabzonspor”? Orda da faydalı ola bilər. Amma İstanbulu tanıdığı üçün daha çox bu şəhəri təmsil edən bir klubda forma geymək istəyir. Hər kluba gəlməyə hazırdı. Dediyim kimi, yetər ki, “Ayaks”la razılıq əldə olunsun. Amma bunu həyata keçirmək asan olmayacaq. Çünki “Ayaks”la müqavilə müddəti davam edir. Oralardan futbolçu almaq asan məsələ deyil”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Aprel 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see240

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see214

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see208

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see204

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see186

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see185

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see143

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see141

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see135

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see134

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see129

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see129

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri