Icma.az
close
up
RU
“Beşiktaş”ın sabiq futbolçusu 29 yaşında dönər satır!

“Beşiktaş”ın sabiq futbolçusu 29 yaşında dönər satır!

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Beşiktaş”ın sabiq futbolçusu Orkan Çınar maraqlı bir xəbərlə gündəmə gəlib.

O həyatında yeni bir səhifə açaraq hazırda dönərçi kimi fəaliyyət göstərir! Halbuki cəmi 29 yaşı var. Almaniyada doğulan və ilk addımlarını orda atan Çınar Türkiyəyə 2015-ci ildə “”Qaziantepspor”a transfer olunmaqla gəlmişdi. Burdakı performansı ilə nəhənglərin diqqətini çəkən yarımmüdafiəçi 2017-də “Beşiktaş”a transfer olundu və bir mövsümü bu klubda keçirdi. “Qartal”ın heyətində Çempionlar Liqasında forma geydi və hətta “Leyptsiq”lə qarşılaşmada məhsuldar ötürmə də verdi. İstanbul nəhəngindən sonra “Konyaspor”, “Adana Dəmirspor”, “Ankaragücü”, “Sarıyerspor”da forma geyən futbolçu sonuncu dəfə ötən mövsüm “Adanaspor”da çıxış etmişdi. Amma bu klubdan ayrılandan sonra karyerasını davam etdirmək istəməyərək 29 yaşında başqa sahəyə atılmaqla hər kəsi təəccübləndirdi. Hazırda Bursanın İnegöl rayonunda dönər dükanı işlədir.
Yaxşısı budu, yaşadıqlarını öz dilindən dinləyək:

“Fikrimcə, hələ 10 il də rahat oynaya bilərdim. Zatən məni “Beşiktaş”dan çox adam tanıyır. Karyeram başqa cür də alına bilərdi. Amma qismət belə imiş. Öz istəyimlə futboldan uzaqlaşdım. Çünki futbolun verilən sözlərin yerinə yetirilmədiyi bir sektor olduğunu düşünürəm. Artıq bu sahədə olmaq istəmədim. Heç kimi pisləmək istəmirəm. Amma yaşananlar ortadadı. Bəziləri mənə şərhçiliyə keçməyi məsləhət görmüşdü. Amma mən “Adanaspor”da oynayarkən artıq bu işin planlarını qurmağa başlamışdım. Bəzi çətinliklərim var idi. Karyeram ərzində qazandığım pullardan müəyyən məbləğ kənara ataraq toplaya bilmişdim. Bu işdə xərclərimi hesablayandan sonra həm psixoloji baxımdan, həm də ailəmə görə iş sahəmi dəyişmək qərarına gəldim. İndi ayağımı yorğanıma görə uzadıram. İçim rahatdı. Atam 30 illik dönər ustasıdı. Ona güvənərək dükan açdım. O olmasa, bu işə cəsarət edə bilməzdim. Şükürlər olsun ki, hər şey qaydasında gedir. İşləyən, çalışqan adamı hər kəs sevir. Rikardo Kuareşma vaxtilə mənə “başqalarının sənin haqda dediklərinə fikir versən, heç nə bacarmayacaqsan” demişdi. Hər kəs istədiyini düşünə, deyə bilər. Mən təmiz və halal yolu seçdiyimi düşünürəm. Dönər dükanımın sosial şəbəkələrdə yayılmasından sonra mənə maraq artdı. Yəqin ki, bu maraq karyeramla bağlıdı. Bəziləri bu paylaşımları məni ələ salmaq üçün etmişdi. Amma göründüyü kimi, tam əks effekt verdi. Mənim üçün əsas odu ki, dönərimi yeyən insan bura yenidən qayıtsın. Belə olacağı təqdirdə, deməli, mənim məhsulum gözəl alınıb. Bəyənməyən insan da iradlarını çatdıra bilər. Amma inanmıram, elə bir insan olsun. Mənə tez-tez “dönər kəsmək çətindi, yoxsa, cinahdan asma etmək” sualını verirlər. Mənim üçün dönər kəsmək daha çətindi. Futbolu son 25 ildə oynamışam. Dönəri isə üç həftədi kəsməyə başlamışam. Mən hər işə hədəflə başlayıram. Gözəl bir plan və proqramla yeni sahəmi bütün Türkiyədə populyarlaşdırmaq, 20-25 filial açmaq istəyirəm. Nə qədər vaxtımı alacağını bilmirəm. Amma əzmlə çalışıram”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Noyabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri