Icma.az
close
up
RU
“Beşiktaş”ın yeni transferi “Ayasofya”nı ziyarət etdi

“Beşiktaş”ın yeni transferi “Ayasofya”nı ziyarət etdi

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Abraham klub tarixinin 8-ci ingiltərəli futbolçusudu. “Beşiktaş” yeni transferini rəsmən açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi hələ iyulun 1-də Türkiyəyə gətirdiyi Temmi Abraham ilə icarə əsasında birillik müqavilə imzalayıb. Keçidin şərtlərinə gəlincə, “ağ-qaralar” birillik icarə haqqı kimi “Roma”ya 2 milyon avro ödəyəcək.
Amma “qartal” şərtlərə bağlı olaraq təcrübəli futbolçunun daimi əsasda transfer hüququnu da ələ keçirib. Müqavilədəki xüsusi şərtlər həyata keçəcəyi təqdirdə Abraham 2030-cü ilə qədər daimi əsasda transfer olunacaq. Belədə “Beşiktaş” italyanlara daha 13 milyon avro ödəməli olacaq. Futbolçunun illik maaşı 6 milyon avroya bərabərdi. Komandada qalacağı təqdirdə bu məbləğ hər növbəti il 500 min avro artacaq.
Qısaca qeyd edək ki, 27 yaşlı Abraham “Çelsi”nin yetirməsidi. Bu klubla yanaşı, “Bristol”, “Suonsi”, “Aston Villa”da forma geyib. 2021-dən bəri isə karyerasını İtaliyada davam etdirirdi. İlk üç mövsümü “Roma”da keçirən ingiltərəli forvard ötən mövsüm icarə əsasında “Milan”da oynayıb. Üumumilikdə o, 2024/25-də iştirak etdiyi 44 rəsmi oyunda hesabına 10 qol, 7 məhsuldar ötürmə yazıb.
Yanvarda İtaliya Superkubokunun finalında - “Milan”ın “İnter”i 3:2 yendiyi derbidə qələbə qolunu məhz Abraham vurmuşdu. İngiltərə yığmasında isə o, 2017-22-ci illərdə 11 oyuna çıxaraq 3 qol vurub. Abraham “Beşiktaş” tarixinin 189-cu əcnəbi və 8-ci ingiltərəli futbolçusudu. Digər ingiltərəli futbolçu Aleks Oksleyd-Çemberleyn də hələ ki heyətdədi.
Bundan başqa, bu klubda son illərdə bu ölkədən Co Uorral, Natan Redmond və Dele Alli kimi oyunçular da çıxış edib. Alan Uolş, Rob Makdonald və Les Ferdinand isə “Beşiktaş”da 1980-ci illərin sonlarında forma geyib.
Abraham “Beşiktaş”ın bu yay reallaşdırdığı ikinci transferdi. Klub daha öncə çexiyalı sol cinah müdafiəçisi David Yuraseki heyətinə qatmışdı. Abrahamın müqaviləyə imza atandan dərhal sonra “Ayasofya” məscidini ziyarət etməsi diqqəti çəkib. Dediyinə görə, buranı ziyarət etməyi çoxdan arzulayırmış.
Yeri gəlmişkən, Ole-Qunnar Sulşerin başçılıq etdiyi komanda dünən Avstriyaya yollanıb. “Beşiktaş” burda iyulun 18-nə qədər toplanış keçəcək. Hər iki yeni transfer komanda ilə birlikdə toplanışa yollanıb. Amma 35 nəfərlik siyahıda Çiro İmmobile ilə Oksleyd-Çemberleynə yer tapılmayıb. Bu da onların yeni mövsümdə komandada olmayacaqlarını göstərir.
İmmobile artıq “Bolonya” ilə anlaşıb. Dünən onun Türkiyə karyerası rəsmən başa çatdı. “Ağ-qaralar” təcrübəli futbolçuya müqavilənin ləğvi üçün 2,625 milyon avro ödədilər. Elə Çemberleynin də vətəninə, yəni İngiltərəyə qayıdacağı gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 İyul 2025 06:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri