Icma.az
close
up
RU
Beşinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb

Beşinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Beşinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb.

Bu barədə Bakıvaxtı.az-a Müsabiqədən məlumat verilib.

Bildirilib ki, fevralın 28-də start götürən beşinci “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi 10 aprel 2025-ci ildə uğurla başa çatıb. Bu müddət ərzində ümumilikdə 16 553 nəfər qeydiyyatdan keçib. Bu göstərici ilə müsabiqənin ötən illərdəki iştirakçı sayını geridə qoyaraq yüksək nəticəyə imza atılıb.

Qeyd edək ki, ötən il bu göstərici 15 877 nəfər təşkil edib.

Qeydiyyat mərhələsini uğurla tamamlamış iştirakçılar müsabiqənin onlayn seçim mərhələsi olan Ümumi biliklər imtahanında özlərini sınayacaqlar. Uğurlu namizədlər isə mərhələli şəkildə davam edəcək seçim turlarında idarəetmə bacarıqlarını nümayiş etdirəcək və sonda “Yüksəliş” müsabiqəsinin qalibi adını qazanmaq uğrunda rəqabət aparacaqlar.

Beşinci dəfə keçirilən müsabiqə əvvəlki illərlə müqayisədə daha geniş iştirakçı kütləsini əhatə etməklə ölkənin istedadlı və potensiallı liderlərinin aşkara çıxarılması və inkişaf etdirilməsi baxımından əhəmiyyətli layihəyə çevrilib.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Aprel 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri