Icma.az
close
up
RU
Beslan faciəsinin 21 ci ildönümü qeyd olunur Hələ cavabsız suallar var...

Beslan faciəsinin 21 ci ildönümü qeyd olunur Hələ cavabsız suallar var...

Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.


Bu gün Şimali Osetiyanın Beslan şəhərində baş verən dəhşətli terror hadisəsindən 21 il keçir.
Yeniavaz.com
xəbər verir ki, 2004-cü il sentyabrın 1-də Rusiyada “Bilik günü” – məktəblərdə dərs ilinin başlanğıcında Beslan şəhər 1 saylı orta məktəb silahlı terrorçular tərəfindən ələ keçirilib.
Tədris ilinin ilk günü məktəbə valideynlər və uşaqlar toplaşarkən terrorçular binanı mühasirəyə alıb. 777 nəfəri uşaq olmaqla ümumilkdə 1100-dən çox insan girov götürülüb. Onların əksəriyyəti məktəblilər və valideynlər olub. Terrorçular məktəbi partlayıcı qurğularla minalayıb, girovları üç gün ac və susuz şəraitində saxlayıblar.
Sentyabrın 3-də məktəbdə partlayış və atışma baş verib. Xüsusi təyinatlı qüvvələrin müdaxiləsi ilə girovların bir hissəsi xilas edilsə də, əməliyyat böyük faciə ilə nəticələnib.
Rəsmi məlumatlara görə, ölən 334 nəfərdən 186-sı uşaq olub. Yüzlərlə insan yaralanıb. Bu, Rusiya tarixində ən qanlı terror aktlarından biri kimi yadda qalıb.
Beslan hadisəsi həm Rusiyada, həm də bütün dünyada böyük rezonans doğurub. Hadisədən sonra ölkədə terrorla mübarizə tədbirləri gücləndirilib, məktəblərdə təhlükəsizlik sistemləri sərtləşdirilib.
Dünyanın aparıcı media orqanlarında baş verən faciə ilə bağlı Rusiya hökumətinə qarşı sərt tənqidlər səsləndirilib. Bildirilib ki, Rusiya xüsusi təyinatlı qüvvələrinin müdaxiləsi qəddar və hazırlıqsız olub.  Məktəbdə yüzlərlə uşaq və valideyn girov olduğu halda, ağır texnikadan – tanklardan və qumbaraatanlardan istifadə edilməsi qurbanların sayını kəskin artırıb. Partlayışın hansı səbəbdən baş verdiyi uzun illər mübahisə doğurub. Bəzi şahidlər partlayıcı qurğunun təsadüfən işə düşdüyünü desələr də, başqaları bunu hökumət qüvvələrinin atəşi ilə əlaqələndirib.
Hadisədən sağ çıxanlar və həlak olanların yaxınları da hökuməti məsuliyyətsizlikdə ittiham ediblər. Onların fikrincə, dövlət uşaqları qorumayıb və üstəlik baş verənlərin əsl miqyasını gizlədib. Valideynlər illərlə Moskva hökumətinə qarşı məhkəmə iddiaları qaldırıblar. Nəticədə Avropa İnsan Haqları Məhkəməsi 2017-ci ildə qərar çıxarıb ki, Rusiya faciənin qarşısını almaq və əməliyyat zamanı vətəndaşların həyatını qorumaq öhdəliklərini yerinə yetirməyib.
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 01 Sentyabr 2025 13:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see241

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see169

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see167

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see145

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see132

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see131

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see126

İp qırıldı: İsrail helikopteri yerə çırpıldı

16 Yanvar 2026 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri