Best Model of Azerbaijanın yeni qalibləri bilindi
Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Elxan Paşayev və "PAŞA EVENTS-in təşkilatçılığı ilə dekabrın 7-də "Baku Crystal Hall"da müasir estradamızın banisi, Respublikanın Xalq Artisti Röya Ayxan, "Eurovision" təmsilçilərimiz Fəxri və İlkin Dövlətov, 2200 tamaşaçının və böyük partnyorların iştirakı ilə "Best Model of Azerbaijan 2024"ün final mərhələsi baş tutub.
Metbuat.az xəbər verir ki, final şousu modellərin çıxışları, dizaynerlərin möhtəşəm kolleksiyalarının nümayişi, rəqs, musiqili qonaqların iştirakı, yarmarka, tanınmış sima və media nümayəndələrinin iştirakı ilə zəngin idi.
Böyük rəğbət və maraqla gözlənilən Final şousuna tamaşaçı axını rekord səviyyədə idi. Layihə böyük şirkət və partnyorlarla əməkdaşlıq edərək sərgi stendlərin təqdimatını etmişdir. Möhtəşəm tədbir 20 xanım və 20 bəy Finalistlərinin gərgin mübarizəsi və rəqabəti ilə öz aktuallığını qoruyurdu.
Gecənin sonunda nəticələr münsiflər, auditoriya və idarə heyyətinin verdiyi ballarla müəyyən edilib.
1-ci yerin sahibləri "Best Model of Azerbaijan" adına layiq görülən finalistlər 20 nömrə Səma İmanzadə və 13 nömrə Rafət Əliyev oldu. İkinci yerin sahibləri 11 nömrə Aysel İbrahimli və 15 nömrə Murad Zəkiyev, üçüncü yerin sahibləri isə 3 nömrə Aişə Əliyeva və 6 nömrə Ömər Paşayev oldu.
Qeyd edək ki, qaliblərimiz yanvar ayında İstanbulda 20 ölkənin iştirak edəcəyi "Elite Model of the World" layihəsində ölkəmizi təmsil edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 08 Dekabr 2024 21:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















