Beştəpədə gizli görüş: Sirli Qırmızı kitab yenidən hazırlanır
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin “gizli konstitusiyası” kimi qələmə verilən və ictimaiyyət arasında “Qırmızı kitab” kimi tanınan Milli Təhlükəsizlik Siyasəti Sənədinin yenilənməsi üzrə işlər başa çatıb.
Ölkə.Az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Milli Təhlükəsizlik Şurasının Baş Katibliyi Milli Təhlükəsizlik Siyasəti Sənədinin "Qırmızı kitab"ın yenilənməsi istiqamətdə ciddi işlər aparır. Bu məqsədlə vitse-prezident Cevdet Yılmazın sədrliyi ilə dekabrın əvvəlində Milli Təhlükəsizlik Şurasının Baş Katibliyində “gizli” iclas keçirilib və toplantıda görülməsi planlaşdırılan tədbirlər ətraflı müzakirə edilib.
Məxfiliyinə görə “Qırmızı kitab” kimi də tanınan sənədin yenilənməsi üçün nazirliklərdən və aidiyyəti təşkilatlardan rəylər istənilib.
İşlər yekunlaşdıqdan sonra məsələnin prezident Ərdoğanın sədrliyi ilə keçiriləcək ilk Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə ediləcək..
"Qırmızı kitab" sonuncu dəfə 30 sentyabr 2019-cu ildə prezident Ərdoğanın sədrliyi Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə edilib.
Mürtəza
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 18 Dekabr 2024 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















