Icma.az
close
up
RU
BƏT qlobal əməkhaqqı bərabərsizliyi ilə bağlı hesabat dərc edib AZƏRTAC

BƏT qlobal əməkhaqqı bərabərsizliyi ilə bağlı hesabat dərc edib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 29 noyabr, AZƏRTAC

Beynəlxalq Əmək Təşkilatının (BƏT) yeni hesabatı göstərir ki, 2000-ci ildən bəri bütün ölkələrin təxminən üçdə ikisində əməkhaqqı bərabərsizliyi azalıb. Bu müsbət tendensiyaya baxmayaraq, bütün dünyada əhəmiyyətli əməkhaqqı fərqləri davam edir.

AZƏRTAC BMT-nin saytında dərc olunmuş “Qlobal Əməkhaqqı Hesabatı - 2024-2025” sənədinə istinadla xəbər verir ki, orta əməkhaqqında ən çox azalmalar son iki onillikdə orta illik azalmanın 3,2 ilə 9,6 faiz arasında dəyişdiyi aşağı gəlirli ölkələrdə baş verib. Əməkhaqqı bərabərsizliyi daha varlı ölkələrdə yavaş - orta gəlirli ölkələrdə hər il 0,3-1,3 faiz, yüksək gəlirli ölkələrdə isə 0,3-0,7 faiz azalır. Real əməkhaqqı qlobal miqyasda artıb, amma regional fərqlər davam edir

Hesabatda bildirilir ki, son dövrlərdə qlobal əməkhaqqı inflyasiyadan daha sürətlə artır. Belə ki, 2023-cü ildə qlobal real əməkhaqqı 1,8 faiz artıb və proqnozlara görə, 2024-cü ildə 2,7 faiz artım olacaq ki, bu da 15 ildən çox müddətdə ən yüksək artımdır. Bu cür müsbət nəticələr yüksək inflyasiyanın nominal əməkhaqqı artımını üstələdiyi bir dövrdə, 2022-ci ildə müşahidə olunan -0,9 faizlik mənfi qlobal nəticələr ilə müqayisədə nəzərəçarpacaq bərpanı göstərir.

Bununla belə, hesabatda bildirilir ki, əməkhaqqı artımı regionlar üzrə qeyri-bərabər olub; inkişaf etməkdə olan iqtisadiyyatlar qabaqcıl iqtisadiyyatlardan daha güclü artım yaşayır. Qabaqcıl G20 iqtisadiyyatları iki il dalbadal (2022-ci ildə -2,8 faiz və 2023-cü ildə −0,5 faiz) real əməkhaqqının azalması qeydə alınsa da, inkişaf etməkdə olan G20 iqtisadiyyatlarında bu göstərici hər iki il üçün müsbət olaraq qalıb (2022-ci ildə 1,8 faiz və 2023-cü ildə 6,0 faiz).

Regional əməkhaqqı artım modelləri əhəmiyyətli dərəcədə fərqlidir. Hesabata görə, Asiya və Sakit okean, Mərkəzi və Qərbi Asiya və Şərqi Avropada real əməkhaqqı artımı dünyanın digər yerlərində olduğundan daha sürətlə artıb.

BƏT-in Baş direktoru Gilbert Hounqbo deyib: “Real əməkhaqqı artımına qayıdış müsbət haldır. Lakin unutmamalıyıq ki, milyonlarla işçi və onların ailələri həyat standartlarını aşağı salan yaşayış xərcləri böhranından əziyyət çəkməkdə davam edir və ölkələr arasında və ölkə daxilində maaş fərqləri qəbuledilməz dərəcədə yüksək olaraq qalır”.

Tədqiqat inklüziv iqtisadi artımı təşviq etmək üçün məqsədyönlü siyasətlərə ehtiyac olduğunu vurğulayır. BƏT belə nəticəyə gəlir ki, əməkhaqqı bərabərsizliyinin azaldılması həm güclü sosial siyasət, həm də ədalətli artım üçün struktur dəstəyi tələb edir. Bu çağırışları həll etməklə ölkələr əməkhaqqı fərqlərini azaltmaq və bütün dünyada işçilər üçün ədalətli, dayanıqlı, iqtisadi artımı təşviq etmək istiqamətində real irəliləyişə nail ola bilərlər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Noyabr 2024 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri