“Betis”in oyunçusu bəraət aldı
Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
“Betis”in futbolçusu Antoninin cəzası ləğv olunub.
"Football-plus.az" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb.
Xatırladaq ki, La Liqanın 25-ci turunun “Xetafe” ilə matçında (2:1) braziliyalı vingerə qırmızı vərəqə göstərilmişdi. O, bu səbəbdən martın 1-də “Real”a qarşı keçiriləcək oyunda iştirak etməməli idi. Lakin onun cəzasına yenidən baxılıb və sanksiya ləğv olunub.
Qeyd edək ki, Antoni müqavilə ilə “Mançester Yunayted”ə məxsusdu. O, icarə qaydası ilə oynadığı “Betis”in heyətində 6 matça çıxaraq 3 qol vurub və 2 qolun ötürməsini edib. Onun İspaniya klubunda icarə müddəti mövsümün sonuna qədərdi.
Baxış sayı:110
Bu xəbər 03 Mart 2025 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















