Betonqarışdıran maşın “Ağ şəhərdə” döngədə park edilən avtomobili əzdi VİDEO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxtın Xətai rayonu 8 Noyabr prospektində maraqlı qəza hadisəsi baş verib. Belə ki, betonqarışdıran yük maşını hərəkətdə olarkən yolun kənarında düzgün qaydada parklanmayan “Mercedess” markalı minik avtomobilinə çırpılıb.
Avtosfer.az xəbər verir ki, hadisə zamanı xəsarət alan olmasa da, avtomobildə ciddi texniki zədələr yaranıb.
Minik avtomobili yolun kənarında dayanma-durma qaydalarını tam nəzərə almadan saxlanılıb. Bu da iri tonnajlı betonqarışdıran maşının manevr imkanlarını məhdudlaşdıraraq toqquşmaya səbəb olub.
Mütəxəssislər bildirir ki, iri tonnajlı nəqliyyat vasitələri üçün şəhər daxili yolların dar olması, düzgün park etməyən sürücülərlə birlikdə riskli vəziyyətlər yaradır. Yol hərəkəti təşkili məsələləri üzrə ekspertlər sürücüləri dayanma-durma qaydalarına ciddi əməl etməyə çağırır.
Eltac Zülfüqaroğlu
Baxış sayı:89
Bu xəbər 16 May 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















