Icma.az
close
up
RU
Bəxtimiz gətirdi, hesab daha böyük ola bilərdi Sumqayıt ın məşqçisi

Bəxtimiz gətirdi, hesab daha böyük ola bilərdi Sumqayıt ın məşqçisi

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Bəxtimiz gətirdi, hesab daha böyük ola bilərdi" - "Sumqayıt"ın məşqçisi

Misli Premyer Liqasının 17-ci turu çərçivəsində "Sumqayıt" klubu "Turan Tovuz"la qarşılaşıb. Matç Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

QOL.az xəbər verir ki, "Sumqayıt"ın məşqçisi Veliçko Kaplanoviç matçdan sonra oyun barədə fikirlərini bölüşüb. 

Mütəxəssis komandanın ilk hissəni çox pis keçirdiyini və rəqibin standart vəziyyətlərdən maksimum yararlandığını etiraf edib:

“Bir az da bəxtimiz gətirdi. Çünki standart vəziyyətlərdən sonra daha iki qol buraxa bilərdik. İkinci hissədə daha yaxşı oynasaq da, oyunun gedişatını dəyişə bilmədik. Bu cür qarşılaşmalarda çox sadə qollar buraxdığımıza görə təəssüflənirik. Hətta birinci hissədə zəif çıxış etsək də, Aleksander Ramalinqomun yaxşı şansı oldu, lakin top dirəkdən döndü. Belə komandalarla oyunda nəticə qazanmaq üçün hər iki hissədə yaxşı oynamaq lazımdır. Rəqibi təbrik edirəm”.

Müdafiə xəttindəki problemlərə və transferlərə toxunan məşqçi, yeni mərkəz müdafiəçisi cəlb etdiklərini, lakin qış fasiləsində ideal həll yolu tapmağın çətinliyini qeyd edib. 

O, Aleksa Yankoviçin start heyətində yer almamasını oyunçunun son 7 gündə məşq etməməsi ilə əlaqələndirib. 

"Əslində, o, komandamızın əsas oyunçularından biridir. Lakin bir həftəlik məşq qaçırması öz sözünü dedi. Bununla yanaşı, Səbuhi Abdullazadənin zədəli olması və Rüstəmin yoxluğu planlarımıza təsir etdi. "Turan Tovuz" kimi ikili mübarizələrdə güclü olan komandaya qarşı bu cür ciddi itkilərlə mübarizə aparmaq işimizi xeyli çətinləşdirir."

Kaplanoviç komandanın iki hissə arasındakı fərqli performansını izah etməkdə çətinlik çəkdiklərini vurğulayıb:

"Birinci hissəni nəyə görə bu cür zəif oynadığımızı anlaya bilmirik. Bizim hazırladığımız oyun ikinci hissədə gördüyünüz oyun olmalı idi. Sadəcə "Turan Tovuz"un standart vəziyyətlərinə və aut atışlarına reaksiya verə bilmədik. Təcrübəli oyunçularımız olsa da, bu duruma niyə düşdüyümüzü bilmirəm".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://qol.az
archiveBu xəbər 25 Yanvar 2026 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri