Icma.az
close
up
RU
Bəxtiyar Ərsayın vəzifədən getməsinin Pərdəarxası

Bəxtiyar Ərsayın vəzifədən getməsinin Pərdəarxası

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun komandanı təyin edilib. Məlumata görə, həmin vəzifəyə general Soner Orucoğlu təyinat alıb. Qeyd edək ki, o, bu vəzifədə general Bəxtiyar Ərsayı əvəzləyib.

 Bəs general Bəxtiyar Ərsayın vəzifədən getməsi siyasi qərardırmı?

 Siyasi şərhçi Kənan Novruzov Moderator.az-a açıqlamasında bildirib ki, Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun komandanı general Bəxtiyar Ərsayın vəzifədən kənarlaşdırılması və Türkiyəyə geri çağırılması ilə bağlı müəyyən dezinformasiya kampaniyaları aparılırdı və məsələni siyasiləşdirməyə çalışanlar var idi. Pepperoni pizza

Onun sözlərinə görə, bu məsələyə Türkiyə-Azərbaycan münasibətləri kontekstində yanaşanlar belə bir fikir yaratmaq istəyirdilər ki, guya bu, iki ölkə arasında maraqların toqquşmasının göstəricisidir:

 “Ancaq açıq şəkildə görünən odur ki, sadəcə olaraq Bəxtiyar Ərsayın yerinə yeni bir hərbçi təyin edildi. General Soner Orucoğlu eyni vəzifəyə gətirildi. Bu isə göstərdi ki, Bəxtiyar Paşanın geri çağırılması siyasi məsələ deyil. Türkiyə-Azərbaycan münasibətlərinin dinamikası baxımından da bu hadisəyə xüsusi siyasi təhlil vermək düzgün deyil. Sadəcə olaraq, Bəxtiyar Paşanın xidməti dövrü başa çatdı və yeni bir xidmət mərhələsi başladı.

Ümumiyyətlə, bu cür hərbi vəzifələrdə xidmət müəyyən müddət – altı ay, bir il kimi dövrlərlə həyata keçirilir. Hərbçi gəlir, həmin vəzifəni icra edir və sonra geri dönür. İstisna deyil ki, gələcəkdə də Soner Paşanın yerinə başqa bir general təyin ediləcək.

Hər halda, Türkiyə-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir və strateji müttəfiqlik hərbi sahədə də özünü açıq şəkildə göstərir. Buna heç kimin şübhəsi olmamalıdır. Türkiyəli generalların Azərbaycanda yüksək vəzifələrdə olması da bunun bariz nümunəsidir və göstərir ki, Türkiyə daim Azərbaycanın yanındadır. Bu, həm də siyasi bir mesajdır”.

 Siyasi şərhçi hesab edir ki, indiyə qədər Bəxtiyar Paşanın xidməti dövründə olduğu kimi, bundan sonra da Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq və əlaqələr əvvəlki qaydada davam edəcək:

 “Burada hansısa ciddi yenilik və ya xüsusi dəyişiklik gözləməyə dəyməz, çünki bu vəzifə elə bir müstəsna post deyil ki, hər hansı dəyişiklik böyük siyasi anlam daşısın. Bütün hallarda Bəxtiyar Paşanın geri çağırılması siyasi qərar deyil və yalnız xidməti dövrün bitməsi ilə bağlıdır”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 31 Avqust 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see410

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see302

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see271

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see248

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see232

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see212

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see210

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see203

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see199

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see198

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see188

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see184

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see183

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see182

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see179

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see177

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see176

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see170

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see169

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri