Bəxtiyar Məmmədov: Sərnişinlərin maarifləndirilməsi gücləndiriləcək
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 23 sentyabr, AZƏRTAC
Yeni tətbiq edilən sistemlə bağlı sərnişinlərin məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, yaxın günlərdə metro stansiyalarında könüllülərin cəlb olunması, stansiya girişlərində və avtobuslarda maarifləndirici məlumatların yayılması, həmçinin media və digər informasiya resurslarından istifadə etməklə sərnişinlərə ətraflı məlumatların çatdırılması nəzərdə tutulur.
B.Məmmədov xüsusilə vurğulayıb ki, “Avtovağzal” və “Xocəsən” stansiyalarından daxil olan sərnişinlər Yaşıl xəttin digər stansiyalarına keçid edə bilirlər və bu keçid üçün əlavə ödəniş tələb olunmur.
Onun sözlərinə görə, məsələn, “Memar Əcəmi” stansiyasında düşən sərnişinlər Yaşıl xəttə keçməklə “Dərnəgül” və “Nizami” istiqamətlərində hərəkətlərini davam etdirə bilərlər.
B.Məmmədov qeyd edib ki, həyata keçirilən tədbirlərin əsas məqsədi sərnişinlərin təyinat yerinə daha rahat və vaxt itkisi olmadan çatmasına şərait yaratmaq, əlavə ödənişlərin qarşısını almaq və paytaxtın yerüstü nəqliyyat sistemində sıxlığın azaldılmasına töhfə verməkdir.
O əlavə edib ki, sərnişin axınlarının monitorinqi bundan sonra da davam etdiriləcək və müşahidələrin nəticələrinə uyğun olaraq çevik tədbirlər həyata keçiriləcək.
Müəllif-Vüqar Qurbanoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 23 Sentyabr 2026 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















