Icma.az
close
up
RU
Bəxtiyar Musayev: Juninyodan zəif futbolçular da o cür klublar oynayırlar

Bəxtiyar Musayev: Juninyodan zəif futbolçular da o cür klublar oynayırlar

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanlı futbolçu mütəxəssisi Bəxtiyar Musayev Apasport.az saytına müsahibə verib.

- "Qarabağ" Juninyonu "Sevilya"ya satacağı halda, ən azından onun səviyyəsində yeni forvard tapa biləcək?
- "Sevilya"dan "Qarabağ"a təklif gəlməsi sevindiricidir. Azərbaycan futbolu üçün belədir. Böyük klub olan "Sevilya"dan Azərbaycan klubunun futbolçusuna maraq göstərməsi çox sevindirici haldır. Hələ bu transfer baş tutmayıb, tərəflər arasında razılıq olarsa, Juninyo səviyyəsində futbolçu tapmaq nəinki qışda, yayda da çətin olur. Üstəlik, son vaxtlarda futbolçularda süni qiymət artımı da baş verib. Dünya futbolunda belədir. Normal keyfiyyətlərə malik futbolçuya artıq milyonlar təklif edilir. Ona görə asan olmayacaq. Amma burada şans məsələsi də var. Birdən görürsən ki, qışda da normal futbolçu olur və transfer edirsən. İstəyərdim ki, bu söz-söhbətlər sonda "Qarabağ"ın xeyrinə bitsin. "Qarabağ"a uğurlar arzulayıram. Hələ transfer reallaşmayıb. Bu söz-söhbətlərin xoş sonluqla bitməsini arzulayıram. 

- Bəs, bu mövsüm o qədər də effektiv olmaması təkliflərlə bağlıdır? 
- İnanmıram ki, Juninyo indiki oyunlara fokuslana bilməsin. O, peşəkar futbolçudur. Təklif də bu yaxınlarda olub. Futbolçuda il ərzində müəyyən period olur ki, oyun istənilən səviyyədə alınmır. İstənilən halda, Juninyo fayda verməyə çalışır. Çox da eniş hiss edilmir. Bəli, bir az məhsuldarlıq aşağı düşüb. O da keçən mövsümə nisbətən. Fikri başqa yerdədir məsələsi ilə razı deyiləm. İnanmaq istəməzdim. 

- Qışda hücumçu transfer edilməsə, "Qarabağ"da Juninyonu əvəzləyəcək hücumçu kimdir? 
- Juninyo komandanın əsas hücumçusudur və ondan başqa Redon Cica, Musa Qurbanlı da var. Amma hamımız bilirik ki, Juninyo əsas forvarddır. Onun gedişi və belə davam etmək, asan olmayacaq. Bu transfer reallaşarsa, "Qarabağ" özü də istəyər ki, onun yerinə səviyyəli hücumçu transfer etsin. İndiki futbolçular istər Musa, istərsə də Cica onlar da hər dəfə oyuna çıxanda komandaya faydalı olurlar. Ancaq sirr deyil ki, əsas hücumçu Juninyodur.

- Bəs, Juninyonun özü "Sevilya"da oynaya biləcək səviyyədədir? Sizcə, o, top səviyyədə hücumçudur?
- Juninyoda müasir hücumçu üçün bir çox keyfiyyətləri var. Sürətlidir, fiziki güclüdür, zərbələrinin də qüvvəti var. Bu komponentlər hücumçunun formalaşmasında böyük rol oynayır. "Sevilya" top liqada iştirak edir. Juninyoda dediyim keyfiyyətlər varsa, bir az da şans yanında olsa, "Sevilya"da da oynayacaq. Liderlərdən olacaq deməzdim, amma ümumi ab-havanı pozmaz. Hərdən izləyirəm "Sevilya"nı da, digərlərini də. Juninyodan zəif futbolçular da o cür klublar oynayır.

- Maraqlıdır ki, "Qarabağ" İbrahim Vadjini "Sent-Etyen"ə, Kadi Borgesi isə "Krasnodar"a sata bilmişdi. Amma etiraf edək ki, "Sevilya"ya oyunçu satmaq daha cəlbedicidir. Bu mənada, Juninyonun "Sevilya"ya satmaq "Qarabağ"ın daha üst səviyyədə olan futbol bazarına girməsi üçün əla şans olacaq?
- Bəli, "Sevilya"nın Azərbaycan klubunun oyunçusuna maraq göstərməsi müsbət haldır. Ondan əvvəl Kadi Borges, İbrahim Vadji başqa klublara transfer olunub. Bunlar dünya mətbuatında da izlənilir. Ona görə diqqət biz tərəfə də dönə bilər. Hətta söz-söhbətləri olması belə, çox yaxşı haldır. Ümid edirəm ki, bundan sonra da biz tərəfə baxarlar, Azərbaycan futboluna da maraq olar. Nə qədər çox olsa, bir o qədər də klublarımızın, Azərbaycan futbolunun xeyrinədir.  

- Uzun illərdir ki, "Qarabağ"ın legionerlərini kimlərsə istəyir, transfer edir. Amma, səncə, niyə bu qədər zamanda Avropa klubları yerli futbolçulara maraq göstərmir?
- Bildiyim qədərilə bəzi yerli oyunçulara da təkliflər olur. Ya sonda alınmır, ya futbolçu getmək istəmir. Belə hadisələr də olur. Ancaq az da olsa, maraq var. Təbii ki, daha çox maraq olması üçün yerlilərimiz də olduqları mövqe ilə kifayətlənməməlidirlər. Daha çox zəhmət çəkib, daha çox çalışıb, top səviyyəli klubların maraq dairəsinə düşməlidirlər. Öz üzərlərində daha çox işləməlidirlər. Biz də istəyərik ki, azərbaycanlılar xaricə getsin. Mən də istəyərdim ki, azərbaycanlı balalarımıza "Sevilya" kimi top klublardan təkliflər olsun. Daha çox səylə çalışmaq lazımdır. İstər məşqlərə, istər şəxsi həyat tərzinə fikir vermək gərəkdir. Yaxşı futbolçu olmaq üçün bir sıra məsələlərə əməl etmək lazımdır. Ümid edirəm ki, yerlilərə də top klublardan maraq gələcək.

"Qarabağ"ın daha bir rəqibi müəyyənləşib "Araz-Naxçıvan" 2 yoxlama oyunu keçirəcək Bir qrup idmançı və idman mütəxəssisi təltif edilib - SƏRƏNCAM "Qarabağ"ın ilk rəqibi bəlli oldu Mikels "Qarabağ"a keçir? - ÖZƏL
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://apasport.az
archiveBu xəbər 23 Dekabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri