Bəxtiyar Musayev: “Sabah” özünəinamlı və cəsarətli futbol nümayiş etdirəcək
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Böyük komandaları Bakıya gətirdiyi üçün "Sabah"a təşəkkür edirəm. Avropada Azərbaycan adının təmsil olunması qürurverici haldır". Bu sözləri Sport24.az-a açıqlamasında AFFA-nın Texniki Departamentin Skautlar şöbəsinin rəisi Bəxtiyar Musayev deyib.
Veteran futbolçu "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində Çexiya təmsilçisi "Slaviya"ya qarşı keçirəcəyi matçla bağlı fikirlərini bölüşüb:
"Təmsilçimiz "Mançester Yunayted"lə qarşılaşmada da cəsarətli oyun nümayiş etdirdi və öz oyun üslubuna sadiq qaldı. İnanıram ki, "Slaviya" ilə görüşdə də eyni yanaşmanı davam etdirəcək və öz oyun üslubundan əl çəkməyəcək. Sevindirici haldır ki, "Sabah" meydana çıxdığı qarşılaşmalarda cəsarətli futbol sərgiləməyi bacarır. Bu, komandanın inkişafı və Avropa səhnəsində özünü göstərməsi baxımından çox vacibdir. Rəqib köklü klubdur və uzun illərdir Çexiya çempionatında dominantlıq edir. Buna baxmayaraq, komandamıza güvənirəm. İnanıram ki, "Sabah" doğma azarkeşləri önündə özünəinamlı və cəsarətli futbol nümayiş etdirəcək. Azarkeş dəstəyinin komandaya əlavə motivasiya verəcəyini düşünürəm. Ümid edirəm ki, "Sabah" yaxşı oyunla yanaşı, istədiyimiz nəticəni də əldə edəcək və bu qarşılaşmadan qələbə ilə ayrılacaq".
Qeyd edək ki, "Sabah" - "Slaviya" görüşü saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 13 Oktyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















