Icma.az
close
up
RU
Bəxtiyar paşa Azərbaycandan niyə getdi? Yeni detallar açıqlandı

Bəxtiyar paşa Azərbaycandan niyə getdi? Yeni detallar açıqlandı

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı, müdafiə naziri Zakir Həsənovun müşaviri, ordu generalı Bəxtiyar Ərsaya yeni vəzifə verilib. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb. Sərəncama əsasən, Bəxtiyar Ərsay Türkiyə Quru Qoşunlarının Birinci Ordusunun komandanı təyin olunub. Bu, Türkiyənin əsas hərbi birləşmələrindən biridir və qərargahı İstanbulda yerləşir.

Bəxtiyar Ərsayın Türkiyədə ordu generalı təyin edilməsinin səbəbi dir? O, Azərbaycandan niyə getdi?

Globalinfo.az-a danışan türkiyəli hərbi ekspert Abdulla Ağar deyib ki, Türkiyə-Azərbaycanın qardaşlığı davam etdiyi müddətdə iki ölkənin silahlı qüvvələrinin birgə missiyası da davam edəcək:

“Xidmət şəxslərlə məhdud deyil, yəni bir sistem var və burada davamlılıq əsasdır. Başqa sözlə, yeni təyin olunan şəxs əvvəlkindən daha yüksək səviyyədə işləri davam etdirməyə çalışacaq. Təbii ki, Bəxtiyar paşanın göstərdiyi yüksək səviyyəli xidmət heç vaxt unudulmayacaq. Bilinən və bilinməyən tərəfləri ilə Bəxtiyar paşa həm Azərbaycan, həm də Türkiyə üçün böyük xidmətlər göstərdi və qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirdi. Bütün bunları tarix yazacaq və bir gün hamı bu xidmətləri tam olaraq qiymətləndirəcək. Hər birimiz Bəxtiyar paşaya dərin minnətdarlıq duyur və onunla fəxr edirik”.

A.Ağar onu da bildirib ki, Bəxtiyar paşa uzun müddət çətin siyasi proseslərin içində xidmət göstərib:

Türkiyə Cümhuriyyəti və ordusu Azərbaycanın kritik dönəmdən keçdiyi Qarabağ müharibəsinin öncəsindən başlayaraq, bu günə qədər regionda həm mənəvi, həm də fiziki varlığını təsdiq edən mühüm bir vəzifəni uğurla yerinə yetirdi. İndi isə bu vəzifəni davam etdirəcək şəxsin də eyni səylə və məsuliyyətlə bu tapşırığın öhdəsindən gələcəyinə inamımız tamdır.

Həmçinin oxuyun:

Bəxtiyar Ərsay Türkiyədə ordu komandanı təyin olundu

Bəxtiyar paşa və Azərbaycana könül vermiş hər bir türk əsgəri harada olmasından asılı olmayaraq, Azərbaycanımıza, birliyimizə, qardaşlığımıza, ortaq gələcəyimizə və baxışımıza xidmət etməyə davam edəcək”.

Politoloq Zeynal Əmrəliyev isə deyib ki, Bəxtiyar paşanın son təyinatı Türkiyə ordusunun rəhbərliyinə yüksələcəyinin göstəricisidir:

“İstisna deyil ki, gələcəkdə baş qərargah rəisi olacaq. Quru Qoşunları komandanı Metin Gürak və baş qərargah rəisi Səlçuk Bayraktaroğlunun 64 yaşı var. Ordu generalları üçün təqaüd yaşı 65-dir, lakin xüsusi əmrlə bu yaş 7 ilədək artırıla bilər. Bu isə nadir hallarda tətbiq olunur. Ehtimal ki, gələn il Quru Qoşunları komandanı Gürak təqaüdə göndəriləcək, baş qərargah rəisi Bayraktaroğlunun müddəti isə 1 il daha uzadılacaq”.

Politoloq hesab edir ki, belə olan halda Birinci Ordu komandanı kimi Bəxtiyar paşa ən şanslı namizəddir:

“Digər namizəd – Egey Ordu komandanı, ordu generalı İrfan Özsərt 60 yaşındadır və təqaüd yaşına 5 il qalıb. Üstəlik, Egey Ordu komandanı nadir hallarda Quru Qoşunların komandanı olur, daha çox baş qərargah rəisinin müavini vəzifəsinə təyin edilir. Əgər Bəxtiyar Ərsay Quru Qoşunları komandanı təyin edilərsə, növbəti il Bayraktaroğlu təqaüdə göndəriləcək və Ərsay Türkiyənin yeni baş qərargah rəisi ola bilər. Bəxtiyar paşa hazırda 56 yaşındadır və təqaüd yaşına 9 il qalıb”.

Qeyd edək ki, avqustun 5-də Bəxtiyar Ərsaya ordu generalı rütbəsi verilib.  O, bir müddət Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsində çalışıb. 2021-ci ildən Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun komandanı kimi işə başlayıb. 2022-ci ildə isə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Avqust 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri