Icma.az
close
up
RU
Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı elmi konfrans keçirilib

Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ilə bağlı elmi konfrans keçirilib

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans, böyük şairin Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilən “Özümüzü kəsən qılınc” kitabının təqdimat mərasimi keçirilib.
Missiya.Az
xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Moldova və Belarusdan, Polşadan gəlmiş nümayəndə heyəti iştirak edib.

Yubiley tədbiri böyük mütəfəkkir şairin ədəbi irsinin təbliği, onun türk dünyası ədəbiyyatındakı yerinin müzakirəsi və qardaş ölkələr arasında mədəni-mənəvi əlaqələrin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

AYB sədri, Xalq yazıçısı Anar çıxışında qeyd edib ki, Bəxtiyar Vahabzadə xalqın tarixinin işıqlandırılmasında, milli ruhun oyanmasında əvəzsiz rol olmuş yazıçılardandır. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova isə bildirib ki, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən şairin “Özümüzü kəsən qılınc” kitabının nəşr edilməsi təkcə ədəbi hadisə deyil, həm də milli şüuru oyandıran şairin xatirəsinə töhfədir: "Bəxtiyar Vahabzadə təkcə Azərbaycanın yox, bütün türkdilli xalqların səsidir. Biz onun irsinin qorunub, gələcək nəslə çatdırılmasına töhfə verməyimizlə qürur duyuruq".

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli də çıxışında şairin yaradıcılığında türk sevgisinin, dil sevgisinin tərənnümünə, cəsarətli yanaşmalara diqqət çəkib. Vahabzadənin keçid dövrünün xaosunda xalqın milli düşüncəsinin yaranmasında misilsiz xidmətləri olduğunu vurğulayıb.

Konfransa incəsənət və ədəbiyyat xadimləri, mütəfəkkirlər, media təmsilçiləri, tələbə və gənc yazarlar, eləcə də Bəxtiyar Vahabzadə yaradıcılığına maraq göstərən ictimaiyyət nümayəndələri qatılıb.

Tədbir çərçivəsində şairin yaradıcılığının təbliğinə və elmi araşdırılmasına töhfə verəcək mövzularda müzakirələr aparılıb.

Zərintac Mayisqızı
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://missiya.az
archiveBu xəbər 17 İyul 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri